Banklar


DəmirBank korporativ saytında onlayn kredit ödənişləri xidmətini tətbiq edib
12.05.2014

Baki, Finance Time. DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədiləwww.demirbank.az saytından onlayn qaydada kredit ödənişlərinin qəbuluna başlayıb.

Saytın əsas səhifəsində “Onlayn kredit ödənişi” linkinə tıklayaraq açılan https://creditpay.demirbank.az/login səhifəsində qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün PİN kodu (şəxsiyyət vəsiqəsinin aşağısında olan eyniləşdirmə kodu, axrıncı rəqəm sayılmadan son 7 rəqəm), müştəri üçün rahat olan 4 rəqəmli şifrəni (müştəri təyin edir), telefon nömrəsini və e-mail ünvanı qeyd etmək lazımdır.

Qeydiyyatdan keçməklə müştərinin şəxsi kabineti yaranır. Müştəri PİN kodu və şifrəni qeyd edərək şəxsi kabinetinə daxil olur, ödəniləcək krediti seçir, plastik kartın tələb olunan göstəricilərini daxil edir, məbləği yazır və ödənişi edir. Xidmət Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir.

Sistemdə qeydiyyat pulsuzdur. Şəxsi kabinetdə ödəniş tarixçəsi saxlanılır, istənilən vaxt ödənişlərə baxmaq və ödəniş qəbzlərini çap etmək mümkündür.

Qeyd edək ki, DəmirBank müştərilər üçün həm də bankomatlar, ödəniş terminalları və Milli Ön terminalları ilə kredit ödəmək imkanı yaradıb. Terminallar və sayt vasitəsi ilə kredit ödənişləri müştərilər üçün vaxt və rahatlıq baxımından çox əlverişlidir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment