Müsahibə - Günay Şahbazova - Biznes portal Finance Time





Müsahibə - Günay Şahbazova


Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
Günay Şahbazova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri kimi çalışır. Burada əsas məqsədi təşkilatın inkişaf strategiyasını formalaşdırmaq, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirmək və peşəkar icmanın nüfuzunu artırmaqdır.

Əvvəllər həmin Assosiasiyada İctimaiyyətlə əlaqələr üzrə menecer, üzvlər üzrə menecer vəzifəsində çalışıb. ARPA-dan oncə PARABANK ASC-də İctimaiyyətlə əlaqələr və Marketinq departamentində fəaliyyət göstərib.

Effektiv ünsiyyət, təşkilatçılıq və analitik düşüncə bacarıqlarına əsaslanaraq, hər zaman komanda ilə birgə strateji nəticələr əldə etməyə çalışır.

Mühasibat, sığorta və risk sahəsi çox dəqiqlik tələb edir. Bu qədər strukturlaşdırılmış bir sahədə yaradıcılığa yer varmı?

Bəli, mütləq var. Yaradıcılıq burada rəqəmləri dəyişmək deyil, onları fərqli bucaqlardan analiz etmək, riskləri öncədən görmək və innovativ həll yolları tapmaqdır. Hər dəqiqlik yaradıcılığın üzərində qurulur.

Komandanızla işləyərkən nəyə daha çox diqqət edirsiniz - nəticəyə, yoxsa prosesə?

Prosesə. Çünki sağlam və şəffaf proses olmasa, nəticə də dayanıqlı olmaz. Amma ideal vəziyyətdə hər ikisi bir-birini tamamlamalıdır.

Qadın lider kimi bu sahədə ən çox qürur duyduğunuz uğur hansıdır?

Qadınların bu sahədə daha çox görünməsinə və qərar verən mövqelərdə olmasına töhfə verməyim. Komandamda qadınların peşəkarlıqla liderliyə yüksəlməsi mənim üçün ən böyük uğurdur. Hal-hazırda həmin xanımlar yüksək vəzifələrdə çalışırlar və bu mənim üçün həm uğur, həm də qürur vericidir.

Süni intellekt və rəqəmsal texnologiyalar mühasibat və audit sahəsində insan faktorunu azaldır, yoxsa gücləndirir?

Gücləndirir. Texnologiya əməliyyatları sadələşdirir, amma etik qərar, analitik düşüncə və məsuliyyət hissi hələ də insanın əlindədir.

Gənc mühasiblər, sığortaçılar və risk peşəkarları üçün sizcə “ən qiymətli səhv” nə ola bilər?

Ən qiymətli səhv - hər şeyi dərhal mükəmməl etməyə çalışmaqdır. Bu sahələrdə təcrübə zamanla formalaşır. Gənclər çox vaxt səhv etməkdən qorxurlar, halbuki səhv öyrənmənin ən real hissəsidir. Əsas odur ki, həmin səhvi görüb, analiz edib, növbəti addımda daha düzgün qərar verə biləsən. Dəqiqlik təcrübədən doğur, təcrübə isə səhvlərdən.

Gənclər üçün bu sahəni daha cazibədar etmək üçün hansı bir yenilik tətbiq edərdiniz?

Rəqəmsal təlim platformaları və real biznes simulyasiyaları. Gənclər üçün bu sahəni daha cazibədar etmək üçün rəqəmsal və interaktiv öyrənmə mühitləri yaradardım. Məsələn, real biznes simulyasiyaları, süni intellektlə işləyən analiz platformaları və oyunlaşdırılmış təlim proqramları. Bu, həm praktiki təcrübəni artırar, həm də mühasibat və risk sahəsini daha dinamik və motivasiyaedici hala gətirər. Gənclər nəzəriyyədən çox praktik təcrübə ilə motivasiya olurlar.

Həyatda sizi ən çox dəyişdirən hadisə nə olub?

Həyatda məni ən çox dəyişdirən hadisə - sağlamlıqla bağlı yaşadığım sınaq olub. O dövr mənə həm öz gücümü, həm də həyatın dəyərini öyrətdi. Hər şeyin ölçüsünü dəyişdirdi: prioritetlərim, baxış bucağım, insanlara və həyata münasibətim tam fərqli oldu. İndi hər günü dəyərli yaşamağa çalışıram, çünki bilirəm - heç nə təxirə salınmamalıdır.

Boş vaxtlarınızda beyninizi və ruhunuzu necə “yeniləyirsiniz”?

Içəri Şəhərdə gəzməklə, övladımla vaxt keçirməklə, kitab oxumaqla və musiqi dinləməklə. Həyatın ritmini dinləmək bəzən ən yaxşı terapiyadır.


14/11/2025


     



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment