Uğur hekayəsi - Səbinə Atayeva və Ceyhun Atayev - Biznes portal Finance Time





Uğur hekayəsi - Səbinə Atayeva və Ceyhun Atayev


Səbinə Mirzəyeva-Atayeva – moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert.

Ceyhun Atayev – biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis.

Səbinə: Ən vacib qayda – qarşı tərəfi sona qədər dinləmək və dərhal "mən haqlıyam" mövqeyi tutmamaqdır.

Ceyhun: Ailədə balans vacibdir. Biri dirəkdirsə, digəri yelkən olmalıdır – biri sabitlik gətirir, digəri hərəkət. Rol dəyişə bilər, amma prinsip qalır: ahəng olmasa, "gəmi" hərəkət etməz. Həm də, nə vaxt dinləmək, nə vaxt məsləhət vermək lazım olduğunu anlamaq əsasdır.

Səbinə Mirzəyeva-Atayeva – moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert. Böyük Britaniyada Biznesin İdarə Olunması üzrə magistr dərəcəsi alıb, ABŞ-da layihə idarəçiliyi üzrə sertifikat keçib. Uzun illər maliyyə və bank sektorunda çalışıb, hazırda Bakı Fond Birjasının Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəridir.

Azərbaycanlı dizaynerləri dəstəkləmək məqsədilə onlayn platforma təsis edib. Azərbaycan dilində yeganə moda tarixi və üslub mövzusunda olan YouTube kanalını aparır. Özünü müşahidə etməyi sevən, prinsipial və tələskən anadır.

Ceyhun Atayev – biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis. ABŞ və Böyük Britaniyada təhsil alıb. ABŞ Ticarət Palatasının Azərbaycandakı Davamlı İnkişaf Komitəsinin sədr müavini və dövlət komissiyasının işçi qrupunun üzvüdür.

Eyni zamanda prodüser, aparıcı və ədəbi veriliş müəllifidir. Yeniyetmələrin peşə seçimi üzrə 14 ildən artıq təcrübəyə malikdir. Həyata praqmatik yanaşan, düşüncəli və mehriban atadır.

Peşəkar əməkdaşlıq: Bir-birinizə necə təsir edirsiniz?

Səbinə: Biz həmişə ölkədəki yenilikləri, maraqlı nümunələri bir-birimizlə bölüşürük. Mən bəzən emosional reaksiya verirəm, Ceyhun isə vəziyyətə soyuqqanlı və rasional yanaşmağı öyrədir.

Ceyhun: Bir bazarda fəaliyyət göstərdiyimiz üçün trend, strategiya və planlarla bağlı daim fikir mübadiləsi aparırıq. Hərəmiz fərqli kitablar oxuyur, öyrəndiklərimizi paylaşırıq. Həmçinin, biznes ideyalarını bir-birimizdə test edirik – bu, çox dəyərli olur.

Ailədə münaqişədən qaçmağın sirri?

Səbinə: Ən vacib qayda – qarşı tərəfi sona qədər dinləmək və dərhal "mən haqlıyam" mövqeyi tutmamaqdır. Səbr baxımından Ceyhun daha güclüdür – bu, mənim üçün örnəkdir.

Ceyhun: Ailədə balans vacibdir. Biri dirəkdirsə, digəri yelkən olmalıdır – biri sabitlik gətirir, digəri hərəkət. Rol dəyişə bilər, amma prinsip qalır: ahəng olmasa, "gəmi" hərəkət etməz. Həm də, nə vaxt dinləmək, nə vaxt məsləhət vermək lazım olduğunu anlamaq əsasdır.

Şəxsi uğur və cəmiyyətin təzyiqi?

Səbinə: "Uğurlu uğur" artıq trendə çevrilib, amma mən bunu nümayiş etdirməyə ehtiyac duymuram. Ən önəmlisi – özün üçün dəyərli olanı etməkdir.

Ceyhun: Mənə heç vaxt cəmiyyət təzyiq etməyib ki, "uğurlu ol". Mənim üçün əsas xoşbəxtlikdir. Bu isə yalnız mənim seçimimdir.

Kontent yaratmağa necə başladınız?

Səbinə: Azərbaycan dilində keyfiyyətli kontent çatışmırdı. Mən bu boşluğu doldurmaq üçün moda tarixini izah edən bir kanal yaratdım. Artıq 3 ildir davam edirəm.

Ceyhun: Mənim üçün bu iş ilk olaraq peşəkar prodüserlik idi. Daha sonra müəllif və aparıcı olaraq fəaliyyətə başladım. Ədəbi verilişlərimdə müxtəlif peşə sahibləri ilə kitablar haqqında söhbətlər edirəm – bəzən çox fərqli və maraqlı bucaqlardan.

Kontent planlamasında əsas prinsiplər?

Səbinə: Plan, nizam-intizam və bir illik tematik kontent xəritəsi. İlham lazımdır, amma sistem olmadan mümkün deyil. Bu işi peşəkar layihə kimi aparıram.

Ceyhun: Əlavə olaraq, auditoriyanın rəyi bizim üçün ilham mənbəyidir. Tamaşaçılar yeni ideyalar verir, biz də dinləyib tətbiq edirik.

Vintage və arxiv dəbinin yenidən dəyərləndirilməsi?

Səbinə: Moda dövri xarakter daşıyır, lakin bu gün şüurlu istehlak sayəsində bu daha qabarıq görünür. Keyfiyyətli əşyalar illərlə xidmət edə bilər – bu, yaşam tərzinə çevrilməlidir. Mən həm də geyimlərin şüurlu bərpasının tərəfdarıyam.

Sevimli dövr və dizayner?

Səbinə: XIX əsrin sonu – XX əsrin əvvəlləri, xüsusilə Edvard dövrü.
İncəsənət təsiri – Elsa Schiaparelli.
Qadın azadlığı və funksionallıq – Coco Chanel.

Bu dövrü əks etdirən moda trendi?

Səbinə: İqtisadi və siyasi qeyri-sabitlik dövründə – sadəlik, keyfiyyət və təvazökar üslub ön plana çıxır. Bu, bu gün də belədir – həm podiumlarda, həm küçə dəbində.

Koçinq və peşəyönümü təcrübəsi?

Ceyhun: Uzun illərdir 8-9-cu sinif şagirdləri ilə işləyirəm. Məqsəd – onların nəyi sevdiyini tapmağa yardım etməkdir. Valideynlər də prosesə daxil olur.

Bir nümunə: futbola marağı olan bir oğlanı valideyni Almaniyada menecer kimi görmək istəyirdi. Biz ortaq yol tapdıq – idman menecmenti fakültəsi. Nəticə – uşaq da xoşbəxtdir, ata da.

Qızınıza dəstəyiniz necə oldu?

Səbinə və Ceyhun: Qızımız IT mühəndis ixtisası üzrə təhsil aldı, amma kreativ sahədə çalışmaq qərarına gəldi. Biz ona yol açdıq, qarışmadıq.

İndi – mobilqraf, kontent yaradıcısı, həmçinin Azərbaycanda ilk lisenziyalı qadın dron pilotudur. Ən böyük fərq budur: biz övladlarımızın seçimlərinə hörmət edirik və onları azad buraxırıq.


30/06/2025


     



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment