Baki, Finance Time. “AtaBank” ASC müştərilərinə yeni “Səyahət krediti” məhsulunu təqdim edir.Səyahət krediti məhsulunda kredit üzrə faiz dərəcəsi illik 18%, ilkin ödəniş 30%, kreditin məbləği borcalanın aylıq əmək haqqının 6 mislinədək və maksimum 5000 manat ekvivalenti təşkil edir.
Kredit maksimum 12 ay müddətinə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına manat, avro və ABŞ dolları ilə verilir.Borcalanın ümumi iş stajı 1 ildən az, yaş həddi isə 22 yaşdan aşağı olmamalıdır. Lakin son iş yerində iş stajı 6 aydan az olduqda borcalan əmək kitabçasının surətini təqdim etməlidir. 3000 min manatdan yuxarı kreditin verilməsi üçün 1 zamin tələb olunur.Ödəniş hər ay bərabər hissələrlə aparılmalıdır.Kredit üzrə faktiki illik faiz dərəcəsi isə 19,04%-dən başlayır."AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir.Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.