Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi-sosial tədbirlər keçirilib
27.11.2026

24–25 noyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Gəncə şəhər filialında və Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsində tibbi-sosial tədbirlər keçirilib.

İki gün davam edən tibbi-sosial tədbirlər çərçivəsində uşaqların tibbi müayinələri aparılıb, müəssisələrin müəllimləri, anaları və qayğı əməkdaşları üçün ilkin yardım təlimləri təşkil olunub.

24 noyabr 2026-cı il tarixində aksiyadan əvvəl Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət edərək şəhidlərin xatirəsinə həsr olunmuş abidənin önünə tər güllər düzüb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib. Nümayəndə heyəti kompleksin muzeyində nümayiş etdirilən eksponatlarla tanış olub, Azərbaycanın şanlı tarixi və Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi haqqında məlumat alıb.

Tibbi-sosial tədbirlərin açılış mərasimlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Gəncə şəhər filialının direktoru Tale Cəfərov və Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinin direktor müavini, direktor vəzifəsini icra edən şəxs Nazilə İsmayılova çıxış ediblər. 

Rəis müavini İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun adından, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkimi Bəxtiyar Musayevin adından və öz adından tədbir iştirakçılarını salamlayaraq, Gəncə şəhərində keçirilən tibbi-sosial tədbirlərin əhəmiyyətindən danışıb. O, tədbirlərin əsas məqsədinin uşaqların sağlamlığının qorunması və sağlam həyat tərzinin təşviqi olduğunu bildirib, sosial məsuliyyət istiqamətində həyata keçirilən təşəbbüslərin davamlılığının vacibliyini vurğulayıb.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Gəncə şəhər filialında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin USM üzrə həkimi Günay Əhmədova da çıxış edərək ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıblar. Tədbirlərdə Mərkəzi Gömrük Hospitalının Gəncəyə ezam olunmuş tibb və inzibati heyəti, o cümlədən hər iki müəssisənin əməkdaşları iştirak ediblər.

Aksiyalar çərçivəsində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim heyəti tərəfindən hər iki müəssisədə ümumilikdə 150-dən çox uşağın tibbi müayinəsi həyata keçirilib. Müayinələrdə Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, Kardiologiya şöbəsinin kardioloqu Nəsimi Cabbarov, Radiologiya şöbəsinin USM üzrə həkimi Günay Əhmədova, Pediatriya şöbəsinin uşaq nevroloqu Mehriban Məmmədova və pediatrı Nigar Mirzəyeva, Poliklinika şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova və oftalmoloqu Aybəniz Zeynalova, Travmatologiya şöbəsinin travmatoloqu Müseyib Əhmədov, Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə, eləcə də tibb bacıları və həkim-rezidentlər iştirak ediblər.

Tibbi müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib, EXO, EKQ, USM və rentgen müayinələri aparılıb, müvafiq tibbi məsləhətlər və sağlamlığın qorunması ilə bağlı tövsiyələr verilib, müayinə olunan uşaqlara kitablar hədiyyə edilib.

Aksiyanın mühüm istiqamətlərindən biri də ilk yardım üzrə təşkil olunan maarifləndirici təlimlər olub. Hər iki müəssisədə təşkil olunan təlimlərdə Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin təcili yardım həkimi Bəylər İmanov müəllimlərə, analara və qayğı əməkdaşlarına fövqəladə hallarda düzgün davranış, ilkin müdaxilə qaydaları, zədələnmələr zamanı göstərilməli olan yardım və vaxtında müdaxilənin əhəmiyyəti barədə nəzəri və praktiki məlumat verib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti aksiyadan sonra Nizami Gəncəvinin məqbərəsini və muzeyini, eləcə də Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini ziyarət ediblər. Ekskursiyalar çərçivəsində nümayəndə heyəti Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev ilə görüşüb, onların təşkilatçılığı ilə Gəncənin zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərimizlə yaxından tanış olublar.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment