Digər xəbərlər


Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Milli Enerji Administrasiyasının rəhbəri Vanq Hongzhi ilə görüşüb
27.11.2026

“Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Milli Enerji Administrasiyasının rəhbəri Vanq Hongzhi ilə görüşüb.

Görüşdə Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında yüksək səviyyəli münasibətlərin və liderlərin görüşləri zamanı enerji əməkdaşlığı üzrə əldə edilən razılaşmaların birgə layihələrin inkişafına təkan verdiyi vurğulanıb. 

“Kəmər və Yol” Enerji Tərəfdaşlığının İdarə Heyəti və Katibliyinin fəaliyyətə başlamasının çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd olunub.Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünü ilk gündən dəstəklədiyi və Enerji Tərəfdaşlığının fəaliyyətində fəal iştirakını davam etdirəcəyi diqqətə çatdırılıb. Çin sərmayəsi ilə Azərbaycanda həyata keçirilən ilk bərpa olunan enerji layihəsi olan 100 MVt gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi yaşıl enerji sahəsində uğurlu əməkdaşlığın göstəricisi kimi qeyd edilib. Çin şirkətləri ilə günəş və dəniz külək enerjisi layihələrinin inkişafı, Energetika Nazirliyi ilə Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında elektrik şəbəkəsinin planlaşdırılması və layihələndirilməsi üzrə mövcud əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Çin şirkətləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanın elektrik enerjisi bazarlarını birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılmasında iştiraka dəvət edilib. Həmçinin neft-qaz, neft emalı və su elektrik stansiyaları layihələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Milli Enerji Administrasiyasının rəhbəri Vanq Hongzhi Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirərək, Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji və digər perspektivli layihələrdə podratçı və investor kimi iştirakına dəstəyini ifadə edib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment