Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüş çərçivəsində cari ilin 9 ayı üzrə sığorta sektorunun fəaliyyət nəticələri, qlobal makroiqtisadi trendlər, mövcud çağırışlar və inkişaf perspektivləri, eləcə də qarşıda duran strateji prioritetlər müzakirə olunub.
Görüşdə həmçinin Mərkəzi Bankın yeni inkişaf strategiyası, sektorda risk əsaslı tənzimləmənin təkmilləşdirilməsi və sığortaçıların maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.