17-19 noyabr 2026-cı il tarixlərində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin Sədri Ruslan Xəlilov və Baş Əməliyyatlar inzibatçısı Mətin Yolçiyev Dünya Birjalar Federasiyasının (WFE) 65-ci illik yığıncağında iştirak ediblər. Tədbir Hindistan Milli Fond Birjasının (NSE) ev sahibliyi ilə Mumbay şəhərində keçirilib.
Ruslan Xəlilov Federasiyanın tamhüquqlu üzvü olan Bakı Fond Birjasını Baş Assambleyanın iclasında təmsil edib və gündəlikdəki əsas məsələlər üzrə səsvermədə iştirak edib.
Yığıncaq BFB-yə kapital bazarlarının inkişafı, birjaların fəaliyyəti və birja sektorunun gələcəyi ilə bağlı beynəlxalq müzakirələrə töhfə vermək imkanı yaradıb.