Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib
24.11.2026

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən 24 noyabr 2026-cı il tarixində "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialında uşaqlar üçün tibbi sosial aksiya keçirilib. 

Tibbi-sosial aksiyadan öncə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət edərək abidənin önünə tər güllər düzüb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ziyarət çərçivəsində nümayəndə heyəti kompleksin muzeyində nümayiş etdirilən eksponatlarla tanış olub, bələdçinin təqdimatında Azərbaycanın şanlı tarixini, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu əks etdirən məlumatları dinləyiblər. 

Daha sonra "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialında aksiyanın rəsmi açılış hissəsi keçirilib. Rəsmi hissədə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının Gəncəyə ezam olunmuş tibb və inzibati heyəti, eləcə də "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialının direktoru Tale Cəfərov və müəssisənin inzibati heyəti iştirak ediblər. 

Tədbirdə çıxış edən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialının direktoru Tale Cəfərov qonaqları salamlayaraq, SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası barədə ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısından, uşaqların rifahına yönəlmiş qərarlarından və təşəbbüslərindən danışaraq 

qeyd edib ki, SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası məhz Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və Gəncə filialı bu uğurlu təşəbbüsün davamı olaraq 2006-cı ildə uşaqların istifadəsinə verilib. Çıxışının sonunda Tale Cəfərov  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyinə və bu aksiyanın keçirilməsində əməyi olan bütün əməkdaşlarına dərin təşəkkürünü bildirib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev həm öz adından, həm Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayaraq,  bu cür sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən tibbi aksiyalar və maarifləndirici tədbirlər barədə məlumat verərək, bu əməkdaşlığın əsas məqsədinin uşaqların sağlamlığının qorunması, onların tibbi xidmətlərə əlçatanlığının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi olduğunu bildirib. İ.Əfəndiyev bu nəcib missiyanın davamlılığının vacibliyini vurğulayaraq, Mərkəzi Gömrük Hospitalının bundan sonra da sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib. 

Tədbirdə eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin USM üzrə həkimi Günay Əhmədova çıxış edərək Tibbi Xidmət İdarəsi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti və  ana-uşaq  sağlamlığının qorunması istiqamətində icra olunan layihələr barədə məlumat veriblər. Həmçinin, onlar bu qəbildən sosial təşəbbüslərin uşaqlara göstərilən diqqət və qayğının daha da artırılmasına, onların sağlam və firavan gələcəyinə töhfə verdiyini vurğulayıblar.

Tibbi sosial aksiyada Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, Kardiologiya şöbəsinin kardioloqu Nəsimi Cabbarov, Radilogiya şöbəsinin Uzi həkimi Günay Əhmədova, Pediatriya şöbəsinin uşaq nevroloqu Mehriban Məmmədova, pediatrı Nigar Mirzəyeva, Poliklinika şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova, oftalmoloqu Aybəniz Zeynalova, Travmatologiya şöbəsinin travmatoloqu Müseyib Əhmədov, Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə, tibb bacıları və həkim-rezidentlər uşaqların tibbi müayinələrini həyata keçiriblər. Aksiya çərçivəsində uşaqlar eləcə də EXO, EKQ, UZM və  rentgen müayinələrindən keçiriliblər. 

Tibbi-sosial aksiya çərçivəsində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Gəncə şəhər filialının anaları və qayğı əməkdaşları üçün BLS (Basic Life Support – əsas həyat dəstəyi) üzrə ilkin tibbi yardım təlimi də təşkil olunub. Təlim zamanı Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin təcili yardım həkimi Bəylər İmanov iştirakçılara fövqəladə hallarda ilkin müdaxilə qaydaları, ürək-ağciyər reanimasiyasının (CPR) əsas prinsipləri və zərərçəkənə təcili tibbi yardım göstərilməsinin vacib məqamları barədə nəzəri və praktiki biliklər verib. Təlimin  əsas məqsədi anaların fövqəladə vəziyyətlərdə düzgün və operativ davranış bacarıqlarını artırmaq, ilk yardım üzrə bilik və vərdişlərini təkmilləşdirmək olub. 

Mərkəzi Gömrük Hospitalının həkimləri "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialının 100-ə yaxın uşağı müayinə edilib və onlara kitablar hədiyyə olunub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment