Digər xəbərlər


Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir
24.11.2026

Azərbaycanın zəngin qastronomiya imkanları və çoxəsrlik kulinariya irsi 23 noyabrda Parisdə keçirilən və nüfuzlu qastronomiya platformalarından olan “La Liste”nin dünyanın ən yaxşı restoranlarının seçimi üzrə mükafatlandırma mərasimində təqdim edilib.

Tədbirdə ölkəmizi Dövlət Turizm Agentliyinin və tabeliyindəki Milli Kulinariya Mərkəzinin nümayəndələri, eləcə də yerli peşəkar qastronomiya mütəxəssislərindən ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində Azərbaycanın zəngin milli mətbəxi, qastronomiya irsi, yerli məhsulları və şərabları tanıdılıb. Yerli qastronomiya mütəxəssislərinin iştirakı ilə milli mətbəximizin klassik təamları ənənəvi və müasir qastronomik yanaşmaların vəhdətində beynəlxalq iştirakçılara nümayiş etdirilib. Təqdimat zamanı Azərbaycanın qida biomüxtəlifliyinin qorunmasına, ənənəvi məhsulların və milli qastronomiya dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xüsusi diqqət yetirilib.

Məlumat verilib ki, Azərbaycan mətbəxi xalqımızın çoxəsrlik tarixini, zəngin mədəniyyətini, coğrafi müxtəlifliyini və qonaqpərvərlik ənənələrini özündə birləşdirən mühüm milli sərvətlərdən biridir. Azərbaycan mətbəxi Şərq və Qərb sivilizasiyaların təsiri ilə formalaşsa da, əsrlər boyu özünəməxsus kulinariya kimliyini qoruyub saxlayıb. Azərbaycanın qastronomiya irsi yalnız yeməklərdən deyil, həm də yerli məhsullardan, kənd təsərrüfatı ənənələrindən, süfrə mədəniyyətindən, qonaqpərvərlikdən və qədim şərabçılıq tarixindən ibarətdir.

Həmçinin Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin “La Liste” beynəlxalq təşkilatının təsisçisi və prezidenti Filipp For arasında görüş keçirilib. Görüş zamanı sözügedən beynəlxalq brendin Azərbaycanda fəaliyyət göstərməsi və ölkəmizin restoran sektorunun beynəlxalq qastronomiya platformalarında təmsilçiliyinin genişləndirilməsi imkanları müzakirə olunub.

Bildirilib ki, Azərbaycanın restoran sektoru son illərdə beynəlxalq qastronomiya məkanında daha geniş tanınmağa başlayıb. Bu proses milli mətbəxin xarici ölkələrdə təbliği, yerli restoranların beynəlxalq reytinqlərdə və bələdçilərdə təmsil olunması, aşpazların peşəkar əməkdaşlığı və qastronomik turizmin inkişafı ilə əlaqədardır.  Bu istiqamətdə atılan addımlar Azərbaycanın zəngin kulinariya ənənələrini müasir qastronomiya dünyası ilə birləşdirərək ölkəmizin beynəlxalq qastronomiya xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Tədbirdə beynəlxalq səviyyəli aşpazlar, qastronomiya və qonaqpərvərlik sektorunun rəhbər şəxsləri, xarici media, eləcə də tərəfdaş qurumların təmsilçiləri daxil olmaqla yüzlərlə nümayəndə iştirak edib.  

Qeyd edək ki, qastronomiya turizminin inkişafı Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan istiqamətlərdən biridir. Dövlət Proqramı çərçivəsində 70 ictimai iaşə müəssisəsi haqqında məlumatların “La Liste” də daxil olmaqla beynəlxalq restoran bələdçilərinin məlumat bazalarına yerləşdirilməsi, 200 aşpazın beynəlxalq dərəcəli sertifikat əldə etməsi, eləcə də ölkəmizdə beynəlxalq və regional qastronomiya tədbirlərinin təşkili nəzərdə tutulur.

2015-ci ildə təsis edilmiş, hazırda 200 ölkədən 40 minə yaxın qastronomik obyekt üzrə məlumatı, 7000-dən çox hoteli əhatə edən platforma minlərlə nəşrə, 1100-dən çox peşəkar mənbəyə və milyonlarla onlayn rəyə əsaslanaraq istifadəçilər üçün dünya üzrə yüksək səviyyəli qastronomik təcrübələri cəmləşdirir. Təşkilat beynəlxalq tədbirlər və mükafatlandırma mərasimləri vasitəsilə kulinariya yaradıcılığını, innovasiyanı və dayanıqlılığı təşviq edir. “La Liste” ilə əməkdaşlıq restoran və hotellər üçün beynəlxalq səviyyədə tanınmaq baxımından yeni imkanlar açaraq qlobal bazarda rəqabət üstünlüyü yaradır.

Beynəlxalq qastronomiya platformalarında təmsilçilik restoranların yalnız mükafat qazanması demək deyil. Bu, eyni zamanda ölkənin kulinariya irsinin, müasir restoran konsepsiyalarının, yerli məhsullarının və xidmət keyfiyyətinin beynəlxalq auditoriyaya təqdim edilməsidir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment