Digər xəbərlər


Azərbaycan - İtaliya Biznes Forumu keçirilib
23.11.2026

Biznes forumda iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı, investisiya imkanları və yeni tərəfdaşlıq istiqamətləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb və mübadilə edilib. 

Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. 

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, energetika, tikinti və daşınmaz əmlak, rəqəmsal texnologiyalar və süni intellekt, əczaçılıq, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, maliyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox şirkətin nümayəndəsi iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığın inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialı vurğulayıb. Ölkəmizin əlverişli biznes və investisiya mühiti, strateji mövqeyi, sənaye və infrastruktur imkanları barədə məlumat verilib, İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsinin və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. Yüksək texnologiyalar, nəqliyyat-logistika və digər prioritet istiqamətlərdə əməkdaşlıq, birgə investisiya təşəbbüslərinin reallaşdırılması, istehsal və ixrac potensialının artırılması imkanlarına diqqət çəkilib.

İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani çıxışında Azərbaycanın İtaliya üçün strateji və etibarlı tərəfdaş olduğunu vurğulayıb. İki ölkə arasında enerji sahəsində mövcud əlaqələri yüksək qiymətləndirərək, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında birbaşa əməkdaşlığın gücləndirilməsi və birgə müəssisələrin yaradılması üçün əlverişli şəraitin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Azərbaycanın Orta Dəhlizin inkişafında strateji roluna diqqət çəkib, həmçinin kritik xammal sahəsində üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sənaye istehsalının rəqabətqabiliyyətliliyinin artırılması perspektivlərini diqqətə çatdırıb. 

Forum çərçivəsində “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni mərhələsi” mövzusunda plenar sessiya təşkil olunub. Azərbaycan və İtaliya arasında qarşılıqlı investisiyaların və ticarət əlaqələrinin genişləndirilməsi, birgə müəssisələrin yaradılması və sənaye əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi, İtaliya şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakı, eləcə də birgə layihələrin regional və beynəlxalq bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ələt Azad İqtisadi Zonası, Azərbaycan Biznesinin İnkişafı Fondu, “AzerGold” QSC, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Respublikası Dövlət Neft Fondu, İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, İtaliya Sənaye Konfederasiyası, “Cassa Depositi e Prestiti S.p.A.”, “SIMEST”, SACE” şirkətləri, İtaliya Ticarət Palataları İttifaqı nümayəndələri mövzu ilə bağlı fikirlərini və təkliflərini bildirib, fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat veriblər. 

Tədbir çərçivəsində Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd xammalın hasilatı, Avropa bazarlarına çıxarılması, logistika əlaqələrinin inkişafı və sənaye sahəsində birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verəcək.

Bundan əlavə, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “Leonardo S.p.A.” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın “Cassa Depositi e Prestiti S.p.A.” şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, “Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə “FINCO” şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, “IVECO” və “Azteximport” şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, “SIMEST S.p.A.” ilə İtaliya–Azərbaycan Ticarət Palatası arasında iki ölkə arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin “Nort West Construction” MMC ilə “FALORNI TECH S.R.L.” şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə Müqavilə olmaqla 7 sənəd mübadilə edilib.

Həmçinin Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu imzalanıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment