"PRİOR LEASING" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur
23.11.2026
16 Sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PRİOR LEASING" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 21.09.2026-cı il tarixində başlayıb, 19.11.2026-cı il tarixində bitmişdir.
AZ2002019530 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 noyabr 2026-cı il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"PRİOR LEASING"
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002019530
İstiqraqzların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
20,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
Buraxılış həcmi
2,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə periodu
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir