Digər xəbərlər


Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar
23.11.2026

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Türkmənistan, Tacikistan və Qırğızıstanın turizm sənayesi nümayəndələri üçün Azərbaycana 15-20 noyabr tarixlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

Hər ölkədən 5 nəfər olmaqla, ümumilikdə 15 nümayəndənin qatıldığı səfərin məqsədi Azərbaycanın turizm potensialının tanıdılması, ölkənin turizm infrastrukturu, tarixi və mədəni irsi ilə tanışlıq, eləcə də Mərkəzi Asiya ölkələri ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi olub.

Bakı, Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən proqram üzrə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri, Qarabağın tarixi və mədəni irsi təqdim olunub. Bakıda Dənizkənarı Milli Park, Azərbaycan Milli Xalça Muzeyi, İçərişəhər və Heydər Əliyev Mərkəzi kimi əsas turizm məkanlarına səfərlər təşkil edilib.

İştirakçılar, həmçinin “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi çərçivəsində təşkil olunan turizm sərgisində iştirak ediblər.

Onlar sərgidə İƏT-ə üzv dövlətlərin turizm məhsulları ilə tanış olublar, tədbirin mədəniyyət və konsert proqramına qatılıblar.

Noyabrın 20-də Bakıda Mərkəzi Asiya ölkələrinin turizm sənayesi nümayəndələri ilə Azərbaycanın yerli turoperatorları və hotel nümayəndələri arasında B2B formatlı görüşlər keçirilib. Görüşlər zamanı yeni işgüzar əlaqələrin qurulması, qarşılıqlı təcrübə mübadiləsi, eləcə də turizm məhsulları və səyahət paketlərinin hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Tanışlıq səfəri ATB-nin Mərkəzi Asiya ölkələrinin turizm bazarlarında Azərbaycanın tanıdılması, xarici turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin genişləndirilməsi və ölkənin müxtəlif turizm məhsullarının təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin bir hissəsidir

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment