Digər xəbərlər


Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub
20.11.2026

Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

 Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Maliyyə Nazirliyinin rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə İşçi Qrupu”nun iclası keçirilib.

Maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə yaradılmış “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunması proseslərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsini, maliyyə məlumatlarının inteqrasiyasını, əməliyyatların avtomatlaşdırılmasını və məlumat əsaslı qərarvermə imkanlarının genişləndirilməsini hədəfləyir.

Nazir qeyd edib ki, ötən dövr ərzində RDMİS-nin formalaşdırılması və inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb, sistemin əsas komponentləri üzrə yeni funksional imkanlar yaradılıb, mövcud informasiya sistemlərinin inteqrasiyası və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub.

Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, müasir texnologiyaların tətbiqi idarəetmə proseslərinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin olunması baxımından mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr vahid rəqəmsal ekosistemin formalaşdırılmasına, məlumatların inteqrasiyasına və qərarların daha çevik, operativ və analitik əsaslarla qəbul edilməsinə imkan yaradır. Eyni zamanda, mövcud sistemlərin funksional imkanlarının davamlı şəkildə təkmilləşdirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi və texnoloji infrastrukturun dayanıqlığının təmin edilməsi qarşıda duran əsas prioritetlərdəndir.

İclasda Nazirliyin rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr, əldə olunan nəticələr və növbəti mərhələdə görüləcək işlər barədə təqdimat nümayiş etdirilib, bir sıra informasiya sistemlərinin fəaliyyəti real sistemlər üzərində təqdim olunub.

Bildirilib ki, RDMİS çərçivəsində hazırda 7 830 təşkilat qeydiyyatdan keçib, istifadəçilərin sayı 14 819-a çatıb. Sistem 19 qurumla inteqrasiya olunub və 52 informasiya sistemi üzrə məlumat əldə edilməsi təmin edilir. O cümlədən, “e-müqavilə” altsistemi üzrə indiyədək 1 525 satınalan təşkilat və 3 324 təchizatçı şirkət qeydiyyatdan keçib, 10 662 elektron müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi məbləği 3,9 milyard manatı ötüb. Sistemin funksional imkanları genişləndirilib, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankı ilə inteqrasiyalar həyata keçirilib, eləcə də 14 bank sistemə qoşulub.

Xəzinədarlıq sahəsində yeni Xəzinədarlıq İnformasiya Sisteminin qurulması istiqamətində görülən işlər, ödənişlərə dair müqavilələrin elektron uçotu, sənədlərin elektron emalı və çoxsaylı kreditorlar üzrə əməliyyatların aparılmasına imkan verən mexanizmlər diqqətə çatdırılıb.

İclasda “e-mühasibat”, Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi, Büdcə Məlumat İdarəetmə Sistemi, İnvestisiya layihələrinin ekspertizası sistemi, “e-rüsum” və Mərkəzləşdirilmiş Daxili İdarəetmə Portalı üzrə görülmüş işlər və tətbiq olunan yeni funksionallıqlar barədə də məlumat verilib.

İşçi Qrupun iclasında qarşıda duran vəzifələr də müzakirə olunub. Bu çərçivədə informasiya sistemləri arasında inteqrasiyaların tamamlanması, məlumat axınlarının vahidləşdirilməsi, yeni funksional modulların hazırlanması, hesabatlılıq və analitika imkanlarının genişləndirilməsi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də istifadəçilərin təlimatlandırılması və sistemlərin dayanıqlı fəaliyyətinin təmin edilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Nazir Sahil Babayev müvafiq istiqamətlər üzrə görüləcək işlərin əlaqələndirilməsi, layihələrin icra vəziyyətinin monitorinqi və müəyyən edilmiş prioritet tapşırıqların vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayaraq aidiyyəti üzrə tapşırıqlar verib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment