Digər xəbərlər


Azərbaycanın turizm imkanları Yunanıstanda tanıdılıb
20.11.2026

Azərbaycan Turizm Bürosu (ATB) 18-19 noyabr tarixlərində Yunanıstanın paytaxtı Afinada keçirilən tədbirlərdə Azərbaycanın turizm potensialını təqdim edib.

Noyabrın 19-da ATB “AVIAREPS Around the World Roadshow Greece 2026” tədbirində iştirak edərək ölkənin ilboyu turizm imkanlarını Yunanıstanın turizm sənayesi nümayəndələrinə tanıdıb. Tədbir zamanı yeni turizm məhsullarının hazırlanması və işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Beynəlxalq turizm təmsilçiliyi və marketinq şirkəti "AVIAREPS" tərəfindən təşkil edilən tədbirdə Azərbaycandan olan turizm sənayesi nümayəndəsi ilə birlikdə ölkənin turizm məhsulları nümayiş olunub. İştirakçılara Azərbaycanın zəngin mədəni irsi, Bakının müasir şəhər turizmi imkanları, Şəkinin tarixi və İpək Yolu irsi, eləcə də Qafqaz dağlarında piyada yürüşləri və qış idman növləri daxil olmaqla, aktiv istirahət imkanları barədə məlumat verilib.

Həmçinin Afinada Yunanıstanın aparıcı media qurumlarının nümayəndələri ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov iştirak ediblər.

Görüş zamanı Azərbaycanın turizm potensialı, mədəni və təbii irsi, ölkənin Yunanıstan auditoriyasında tanıdılması, eləcə də turizm və media sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Afinada keçirilən tədbirlər Azərbaycanın Yunanıstan bazarında tanıdılması, yerli turizm sənayesi və media nümayəndələri ilə işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində ATB-nin fəaliyyətinin tərkib hissəsi olub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment