19 noyabr 2026-cı il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasında (AHK Azərbaycan) “Yerli kapital bazarlarına çıxış: əsas çağırışlardan praktiki həll yollarına” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan şirkətləri üçün yerli kapital bazarlarına çıxış imkanlarını, ənənəvi bank kreditləşməsinə alternativ və ya tamamlayıcı maliyyələşmə mənbəyi kimi kapital bazarının potensialını və bu prosesdə qarşıya çıxan praktiki məsələləri müzakirə etmək olub.
Seminar çərçivəsində Bakı Fond Birjasının Listinq qrupunun rəhbəri Fərhad Mansurov, AFB Bankın baş icraçı direktorunun müavini və maliyyə direktoru Rüqiyyə Əliyeva, Unibankın dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova çıxış ediblər. Müzakirəyə AHK Azərbaycanın Maliyyə və İnvestisiya İşçi Qrupunun sədr müavini Tələt Kalayev moderatorluq edib.
Panel müzakirəsində potensial emitentlərin kapital bazarına çıxışı zamanı qarşılaşdıqları əsas məsələlər, o cümlədən listinq tələbləri, tənzimləyici çərçivə, maliyyə hesabatlılığı, korporativ idarəetmə, investor gözləntiləri və qiymətli kağızların emissiyası prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir maliyyə direktorları, kommersiya direktorları, hüquq və uyğunluq üzrə mütəxəssislər, eləcə də alternativ maliyyələşmə mənbələrini nəzərdən keçirən şirkət nümayəndələri üçün nəzərdə tutulub.
Bakı Fond Birjası yerli şirkətlərin kapital bazarının imkanları barədə məlumatlılığının artırılmasını və bazar iştirakçıları arasında praktiki bilik mübadiləsini dəstəkləməklə, şirkətlərin kapital bazarı basitəsilə maliyyələşmə mənbələrinə çıxışının genişləndirilməsinə töhfə verir.