Dünya xəbərləri


Gözəllik qurban tələb etmir: saxta kanallar vasitəsilə messencer hesabları oğurlanır
19.11.2026

Kaspersky-nin Qlobal təhdid tədqiqatı və təhlili qrupunun (GReAT) mütəxəssisləri məşhur kosmetika və ətir satıcılarının müştərilərini hədəf alan fırıldaqçılıq sxemini üzə çıxarıblar. Saxta "Telegram" çatında istifadəçilərə başqa bir messencerdə onların kanalına abunəlik müqabilində bonuslar təklif edilir. Hücumçuların məqsədi istifadəçini avtorizasiya üçün məlumatlarını daxil etməyə inandırmaq, sonrasında isə bu məlumatlar vasitəsilə onun hesabına giriş əldə etmək və həmin hesabı spam göndərişləri, fişinq hücumları və ya məxfi məlumatları oğurlamaq üçün istifadə etməkdir.

"Bonus ovçuları"nı qurbana çevirən tələ. Dələduzlar potensial müştəriləri məşhur kosmetika mağazaları qrupunu təqlid edən "Telegram" çatına dəvət edirlər. Çatda istifadəçilərə sifariş verərkən endirim əldə etmək üçün istifadə edə biləcəkləri 5000 bonus xalı vəd olunur. Bonusu əldə etmək üçün iştirakçılardan başqa bir məşhur messencerdə həmin brendin kanalına abunə olmaq istənilir və onlara fişinq saytına keçid linki təqdim edilir. Linkə daxil olan şəxs messencerdə avtorizasiya üçün saxta səhifəyə yönləndirilir – telefon nömrəsini və SMS vasitəsilə aldığı kodu daxil edərsə, məlumatlar fırıldaqçıların əlinə keçir və potensial qurbanın hesabına giriş qapısı açılır.

İnandırıcı "yem". Dələduzluq sxeminə etibarlılıq donu geyindirən onun detallarıdır. Məsələn, çatda guya bonuslarını əldə etmiş saxta müştərilərin rəyləri görünür. Bir istifadəçi" sevincək halda bonuslarını yeni toner almağa xərclədiyini bildirir, digəri isə həm özü, həm də sevgilisi üçün bonus qazandığını elan edir. İnandırıcılığı daha da gücləndirmək üçün fırıldaqçılar əlavə uduşlar, məsələn, 8000 rubl dəyərində hədiyyə sertifikatları vəd edirlər. Bu çoxqatlı ssenari insanın sayıqlığını azaltmaq, onu tələsik və düşünülməmiş addım atmağa inandırmaq məqsədi daşıyır.

"Bu sxemdə istifadəçilər üçün brendin rəsmi domeninə uyğun gəlməyən şübhəli keçidlər, eləcə də çat vasitəsilə mesaj göndərmək imkanının olmaması həyəcan təbili çalmalıdır. Çünki, adətən, istifadəçilər icma daxilində qarşılıqlı əlaqədə ola bilirlər, lakin saxta qruplarda real insanların fırıldaqçılıq barədə şikayət etməsinin qarşısını almaq üçün bu funksiya deaktiv edilir. Bundan əlavə, böyük endirim kampaniyaları ərəfəsində bu cür fırıldaqçılıq hallarının sayı kəskin artır: yaranan ajiotaj və alıcıların pula qənaət etmək istəyi əsl fürsətə çevrilir. Məhz buna görə də, belə dövrlərdə xüsusilə diqqətli olmaq və ilk baxışdan çox sərfəli görünən təklifləri yoxlamaq lazımdır", – deyə Kaspersky GReAT-ın baş mütəxəssisi Georgi Kuçerin bildirir.

Onlayn alış-verişdə fırıldaqçıların qurbanı olmamaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

    • şəxsi məlumatları daxil etməzdən əvvəl veb-saytların həqiqiliyini yoxlayın, o cümlədən, URL-in və sayt adının düzgünlüyünə diqqət yetirin;

    • şübhəli resurslara hesab məlumatlarını daxil etməyin;

    • “Kaspersky Standard” kimi müstəqil sınaqlarda effektivliyi sübut edilmiş etibarlı təhlükəsizlik həllərindən istifadə edin. Xüsusilə fişinq kimi mürəkkəb kibertəhdidlərə qarşı hərtərəfli qorunma təmin etmək üçün Kaspersky həllərinin imkanlarını davamlı olaraq artırır, o cümlədən süni intellekt texnologiyalarının bu istiqamətdə tətbiqini genişləndirir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment