Noyabrın 17-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201270029 ISIN kodlu, tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201270029 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 46,7 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 14,3 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,1906 (6,9850%) və kəsmə qiyməti 98.1816 (6.9900%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 17 noyabr 2028-ci ildir.