Milli Məclis “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini I oxunuşda qəbul edib
Noyabrın 17-də Milli Məclis "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini I oxunuşda qəbul edib.
Parlamentin noyabrın 16 və 17-də keçirilən plenar iclaslarında qanun layihəsi geniş müzakirə edilib. Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri isə 3 milyard 146 milyon manat həcmindədir.
Növbəti ildə icmal büdcənin gəlirləri 47 milyard 619,2 milyon manat, xərcləri 50 milyard 377,1 milyon manat, kəsiri isə 2 milyard 757,9 milyon manat məbləğində müəyyən olunub.