Digər xəbərlər


"OpenAI" və "SpaceX"in tərəfdaşı olan azərbaycanlı tələbə: Ayxan Şahbazov kimdir?
17.11.2026

Azərbaycandan Polşaya ali təhsil almaq üçün yollanan 21 yaşlı Ayxan Şahbazov bu gün təkcə universitet tələbəsi deyil, həm də qlobal texnologiya nəhənglərinin diqqətini çəkən mühəndis və kontent yaradıcısıdır.

Varşavadakı Vizja Universitetində oxuyan Ayxan dərsdən kənar vaxtlarında sıfırdan robotlar, süni intellekt köməkçiləri və fərdi elektron platalar hazırlayır. İşin ən maraqlı tərəfi isə odur ki, o, bütün bu prosesi – səhvləri və yanan detalları ilə birlikdə milyonlarla izləyici ilə bölüşür. Onun real işə söykənən layihələri artıq "OpenAI", "X" (Grok), "SpaceX" və "Cursor" kimi nəhənglərin tərəfdaşlıq təklifləri ilə nəticələnib.

Istedadlı gənc Ayxan Şahbazovun müsahibəsini təqdim edirik

- Ayxan bəy, sizdə texnologiya və robototexnikaya maraq necə yaranıb?

- Əslində nəsə qurmağa başlamaq üçün universiteti bitirməyi gözləmədim. İlk addımım "Coursemate" adlı startap oldu. Özüm də tələbə kimi hər gün eyni problemlə üzləşirdim: kurs məlumatları bir yerdə, qrup söhbətləri başqa yerdə, üstəlik "Teams" və onlarla digər proqram... Hər şey qarışıq idi. İstədim ki, tələbələrin daxil olaraq öz kurslarını tapa və qrup yoldaşları ilə yazışa biləcəyi vahid və sadə bir tətbiq olsun. Təəssüf ki, o layihə uğur qazanmadı. Çünki universitetlər yeni tələbə platforması ilə riskə getməyə hazır deyildi və ideya dayandı. Amma bu təcrübə mənə sıfırdan məhsul qurmağı öyrətdi.

- Startap təcrübəsindən sonra korporativ mühitdə də çalışmısınız...

- Bəli, dünyanın aparıcı maliyyə "SaaS" şirkətlərindən biri olan "Kyriba"da işləməyə başladım. Orada ciddi proqram təminatının qlobal səviyyədə necə yaradıldığını və satıldığını yaxından gördüm. Bu, oxuduğum sahə ilə də tam üst-üstə düşürdü. Həmişə düşünmüşəm ki, insanlara nəyə qadir olduğumu daha çox göstərə bilərəm.

- Sosial şəbəkələrdə milyonlarla baxış toplayan kanalınızı açmaq qərarı necə yarandı?

- Elektronika, elektrik və mexanika mühəndisliyi üzrə real layihələrimi – ilk naqildən hazır robota qədər kameraya çəkib paylaşmağa başladım. Mənim videolarımda cilalanmış studiya icmalları yoxdur, sadəcə real iş var. Kiçik ESP32 lövhələri və bir neçə sensorla başladım. Hər videoda xarab olan və ya yanan hissələr də daxil olmaqla, real prosesi göstərirəm. Plataları yandıraraq və kodu sındıraraq başladım. İndi də belədir. Sadəcə indi bütün prosesi insanlara göstərirəm.

- Hazırda hansı layihələr üzərində çalışırsınız?

- Layihələr getdikcə böyüyür. Məsələn, "AI Buddy" adlı kiçik masaüstü robot hazırlamışam. Kamerası, animasiyalı üzü və klonlanmış səsi var. "OpenAI"ın real vaxt rejimində işləyən süni intellekti ilə çalışır. Yəni, görür, eşidir, cavab verir və keçmiş söhbətləri yadda saxlayır. Bundan başqa, "Google"un "Gemini Live" sistemi ilə idarə olunan, kamerası və hərəkət edən gövdəsi olan səsli ESP32 robotum var. Bu robotla danışırsan, cavab verir və hərəkət edir. Eyni zamanda, öz PCB (elektron) platalarımı dizayn edib istehsal etdirir, sonra onların üzərində cihazlar qururam. Ağıllı təhlükəsizlik cihazları üzərində də işləmişəm. "Telegram" vasitəsilə dərhal xəbərdarlıq göndərən ev siqnalizasiyası və uşaqların valideynləri ilə əlaqə saxlaya bilməsi üçün uzaq məsafəli SOS cihazı buna misaldır. Həmçinin süni intellektlə idarə olunan personajların öz sivilizasiyasını qurduğu brauzer əsaslı "Project God" simulyasiyasını yaratmışam.

- Siyahınızda "OpenAI", "X" (Grok / xAI), "SpaceX", "Cursor", "MiniMax", "PCBWay", 2Flux.ai2 kimi brendlər var. Hələ tələbə ikən bu nəhənglərin diqqətini necə cəlb etdiniz?

- Brendlər mənə müraciət edir. Çünki mən sadəcə hazır reklam mətni oxumuram, onların alətləri ilə həqiqətən iş görür, real layihələr qururam. Mənim üçün əsas məsələ izləyici və ya baxış rəqəmləri deyil. Əsas olan sübutdur. Azərbaycandan olan bir tələbə dünya səviyyəsində iş görə və texnologiyanın ən böyük adlarının diqqətini çəkə bilər.

- Azərbaycandakı gənclərə, bu sahəyə marağı olanlara nə mesaj vermək istərdiniz?

— İstəyirəm ki, gənc azərbaycanlılar görsünlər ki, ucuz bir plata və sadə bir noutbukla başlayıb, sonda "OpenAI" ilə işləmək mümkündür. İstəyirəm ki, Bakıda bir uşaq mənim videoma baxıb desin: "Mən də bunu edə bilərəm". Çünki həqiqətən edə bilər. Hazırda tam yeni başlayanlara elektronika və süni intellekt öyrətmək üçün onlayn icma qururam ki, daha çox insan mənim etdiyimi edə bilsin. Məqsədim sadədir: Hər yeni layihə ilə Azərbaycanı dünya texnologiya xəritəsinə çıxarmaq istəyirəm.

- İnsanlar sizinlə necə əlaqə qura bilər? Sosial şəbəkələrdə sizi haradan izləyə bilərlər?

- Mənimlə əlaqə saxlamaq və layihələrimi izləmək çox asandır. Bütün prosesləri, robotların necə qurulmasını sosial şəbəkələrdə paylaşıram. Məni buradan izləyə bilərsiniz:Instagram: @aykhanium, TikTok: @ayxanium, YouTube: @ayhanium.

Yeni başlayanlar üçün elektronika və süni intellekt dərsləri də orada olur.









     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment