Digər xəbərlər


Bakıda II Süni İntellekt Zirvəsi keçirilib: 300-dən çox iştirakçı və qlobal texnologiya nəhəngləri bir araya gəlib
17.11.2026

13 noyabr tarixində "The Ritz-Carlton Baku" otelində ölkənin innovasiya və texnologiya sahəsində ən nüfuzlu tədbirlərindən biri olan II Süni İntellekt Zirvəsi (AI Summit 2026) baş tutub. "Arter", "Facemark", "Handex" və "Human Development Center" (HDC) şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən zirvənin baş sponsoru "Logo Group", gold sponsoru "TIMES Consulting", strateji tərəfdaşları isə İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "MegaSec" olub.

Dövlət və özəl sektor nümayəndələri, qlobal şirkət rəhbərləri, süni intellekt mütəxəssisləri və sahibkarlar da daxil olmaqla 300-dən çox iştirakçını birləşdirən tədbirdə "AI Playground" və "Connection Hub" platformaları vasitəsilə yeni texnoloji həllər sınaqdan keçirilib və işgüzar əməkdaşlıqlar qurulub.












 Açılış mərasimində "Facemark"ın həmtəsisçisi Rafiq Hunaltay süni intellektin biznesə inteqrasiyasının strateji əhəmiyyətindən danışıb. Açılış bölməsində Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri Vladimir Norov regional əməkdaşlıq perspektivlərini, AKTA-nın icraçı direktoru Rauf Cabarov və "Cyberpoint" şirkətinin direktoru Dr. Elvin Balacanov isə kibertəhlükəsizlik və rəqəmsal hüquqi tənzimləmələri müzakirə ediblər. Ardınca "Logo Group"un CTO-su İsmail Duran və "MegaSec"in direktoru Qabil Qasımov əsas məruzəçi ("Keynote") qismində texnoloji trendləri təhlil ediblər.

Zirvə çərçivəsində iki əsas panel müzakirəsi təşkil olunub. "Azerconnect Group"un Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədlinin moderatorluğu ilə keçirilən "Süni İntellektin gələcəyi" adlı birinci paneldə "Microsoft"un Principal Cloud Advocate-i Lee Stott, "Prodware"-in süni intellekt və avtomatlaşdırma üzrə arxitektoru David Lorenzo López və "SHI International Corp"un Digital Workplace və AI Solutions üzrə meneceri Rəfsan Hüseynov qlobal trendləri, beynəlxalq təcrübəni və süni intellekt arxitekturasının inkişaf istiqamətlərini dəyərləndiriblər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün idarə etdiyi Davos formatlı "İnsan və Süni İntellekt" sessiyasında isə bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADNSU-nun rektoru professor Rüfət Əzizov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil layihələri üzrə direktoru İnarə Vəliyeva və "Nextool.ai"ın baş direktoru Cəfər Nəcəfov texnoloji transformasiyanın əmək bazarına və təhsil ekosisteminə təsirlərini təhlil ediblər.

Plenar iclaslarla yanaşı, "Şuşa", "Ağdam", "Füzuli", "Qubadlı", "Tərtər" və "Laçın" zallarında "Microsoft", "Azercell Telekom", "Azerconnect Group", "Logo Business Solutions", "Lambda Labs", "Start IT", "AIWorks", "Code Academy", "Handex", "Spark AI Technologies", "Arter", "Hazar Human Capital Studio" və Xəzər Universitetinin mütəxəssisləri tərəfindən 11 praktiki masterklas və ixtisaslaşmış sessiya keçirilib.

Tədbirin sonunda ən çox xal toplayan iştirakçılar mükafatlandırılıb, spikerlərə plaketlər təqdim olunub və intellektual "Kahoot" yarışının final raundu ilə zirvəyə yekun vurulub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment