Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
16.11.2026

12–14 noyabr 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Kimyəvi Maddələr və Sağlamlıq üzrə Qlobal Şəbəkənin (Global Chemicals and Health Network – GCHN) üçüncü toplantısı keçirilib. Nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev təmsil edib.

Toplantıda ÜST-nin, digər beynəlxalq təşkilatların və müxtəlif ölkələrin aidiyyəti dövlət qurumlarının nümayəndələri, habelə kimyəvi təhlükəsizlik və ictimai səhiyyə sahələrində fəaliyyət göstərən ekspertlər iştirak ediblər.

Üçgünlük tədbirin əsas məqsədi kimyəvi maddələrin insan sağlamlığına mənfi təsirinin azaldılması, kimyəvi təhlükəsizliyin təmin edilməsində səhiyyə və digər aidiyyəti sektorların rolunun gücləndirilməsi, habelə bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi olub.

Toplantının gündəliyinə ÜST-nin kimyəvi maddələr üzrə yenilənmiş Yol Xəritəsi, kimyəvi zəhərlənmələrin profilaktikası, toksikoloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, toksikoloji informasiya-məsləhət mərkəzlərinin inkişafı, qurğuşunun və digər ağır metalların insan, xüsusilə uşaq sağlamlığına mənfi təsirinin azaldılması, eləcə də kimyəvi hadisələrə hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi məsələləri daxil olub.

Müzakirələr zamanı səhiyyə, ekologiya, gömrük və digər aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsinə, klinik, laborator və ekoloji monitorinq məlumatlarının əlaqələndirilməsinə, kimyəvi risklərin erkən aşkarlanmasına və profilaktik tədbirlərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilib.

Azərbaycan nümayəndəsi ölkəmizdə kimyəvi təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər və mövcud prioritetlər barədə məlumat verib. O, xüsusilə boyaların tərkibində qurğuşunun miqdarının məhdudlaşdırılması istiqamətində həyata keçirilmiş təşəbbüsləri diqqətə çatdırıb. Bildirilib ki, dövlət qurumlarının, boya istehsalçılarının və beynəlxalq tərəfdaşların iştirakı ilə hazırlanmış müvafiq normativ sənəd layihəsi ÜST-nin və Qurğuşunlu Boyaların Ləğvi üzrə Qlobal Alyansın ekspertləri tərəfindən müsbət qiymətləndirilib.

Bundan əlavə, İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsinin BMT Ətraf Mühit Proqramının (UNEP) Xüsusi Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan «Kimyəvi maddələrin və təhlükəli tullantıların dövriyyəsinə effektiv nəzarətin təmin edilməsi üçün Azərbaycan gömrük orqanlarının potensialının gücləndirilməsi» layihəsi barədə məlumat verib.

Bildirilib ki, layihənin əsas məqsədi kimyəvi maddələrin və təhlükəli tullantıların transsərhəd hərəkətinə nəzarətin təkmilləşdirilməsi, habelə Bazel, Rotterdam və Stokholm konvensiyaları üzrə beynəlxalq öhdəliklərin icrasında gömrük orqanlarının rolunun gücləndirilməsidir. Layihə çərçivəsində «Yaşıl Gömrük» təşəbbüsü (Green Customs Initiative) üzrə ixtisaslaşdırılmış təlimlərin keçirilməsi, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də gömrük risklərinin idarə edilməsi sistemində kimyəvi maddələr və təhlükəli tullantılarla bağlı xüsusi modulun hazırlanması nəzərdə tutulur.

Gömrük orqanları üçün kimyəvi təhlükəsizlik sahəsində aktual çağırışlardan biri də yeni sintetik narkotik vasitələrin və psixoaktiv maddələrin, o cümlədən sintetik kannabinoidlərin və sintetik opioidlərin yayılmasıdır. Bu maddələrin kimyəvi tərkibinin daim dəyişməsi onların laborator üsullarla aşkarlanmasını, təhlükəsinin qiymətləndirilməsini və kəskin zəhərlənmə hallarının vaxtında müəyyənləşdirilməsini çətinləşdirir. Bu baxımdan müasir analitik-toksikoloji laboratoriyaların imkanlarının genişləndirilməsi, toksikoloji monitorinq və erkən xəbərdarlıq sistemlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir.

Narkotik vasitələrin və yeni psixoaktiv maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinə qarşı mübarizənin effektivliyinin artırılması üçün isə gömrük əməkdaşlarının bu maddələrin növləri, xüsusiyyətləri və təhlükələri barədə məlumatlılığının artırılması, ixtisaslaşdırılmış təlimlərin təşkili, müasir aşkarlama və identifikasiya üsullarının tətbiqi, habelə aidiyyəti dövlət qurumları arasında operativ məlumat mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Dövlət Gömrük Komitəsinin nümayəndəsinin bu toplantıda iştirakı kimyəvi maddələrin və təhlükəli tullantıların dövriyyəsinə nəzarət sahəsində gömrük orqanlarının institusional potensialının gücləndirilməsi, narkotik vasitələrin və yeni psixoaktiv maddələrin qanunsuz transsərhəd dövriyyəsinə qarşı mübarizədə gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, kimyəvi zəhərlənmələrin profilaktikası və tibbi xidmətin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə aparılan müzakirələr və təcrübə mübadiləsi kimyəvi təhlükəsizlik sahəsində səhiyyə və gömrük sektorları arasında əməkdaşlığın inkişafı, qabaqcıl beynəlxalq yanaşmaların ölkəmizdə tətbiqi və tərəfdaşlarla əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment