Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti 20-ci Azərbaycan-Alman Tibb Günlərində iştirak edib
13.11.2026

Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkimi, ümumi cərrah, tibb elmləri doktoru Bəxtiyar Musayev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov  7–8 noyabr 2026-cı il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 20-ci Azərbaycan-Alman Tibb Günləri Beynəlxalq Elmi Konqresində iştirak ediblər. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və TƏBİB-in dəstəyi, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Alman-Azərbaycan Tibb Assosiasiyası, Almaniyada Azərbaycanlı Həkimlər Birliyi və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konqresdə müasir tibbin aktual istiqamətləri, innovativ texnologiyalar və Azərbaycan-Almaniya səhiyyə əməkdaşlığının inkişaf perspektivləri geniş müzakirə olunub.

Konqresin elmi proqramında tibbdə süni intellektin tətbiqi, avtonom robotik cərrahiyyə, laparoskopik və intervensional prosedurlarda real vaxt rejimində naviqasiya sistemləri, radiologiyanın gələcəyi və digər qabaqcıl tibbi texnologiyalar diqqət mərkəzində olub.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Almaniya tibb müəssisələri arasında təcrübə mübadiləsi, Almaniyada xarici həkimlərin peşəkar fəaliyyəti üçün yeni imkanlar, tibbi etika, birgə elmi-tədqiqat qruplarının yaradılması və klinik-elmi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Konqres çərçivəsində noyabrın 8-də iştirakçılar Azərbaycanın Vətən müharibəsində qazandığı Şanlı Qələbənin 6-cı ildönümünə həsr olunmuş yürüşə də qatılıblar. Azərbaycan bayraqları ilə keçirilən yürüş Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzindən başlayaraq Brandenburq darvazasında başa çatıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin bu nüfuzlu beynəlxalq elmi tədbirdə iştirakı müasir tibbi yeniliklərin izlənilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkələrarası elmi-klinik əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, beynəlxalq konqres Almaniyanın Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirakçılar üçün 9 DTT krediti ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment