Neft və qaz


ARDNF Suveren Fondların Beynəlxalq Forumunun 18-ci İllik İclasında iştirak edib
13.11.2026

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 11–13 noyabr 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 18-ci İllik İclasında iştirak edib.

Yunanıstanın İnkişaf Fondunun (Hellenic Growth Fund) ev sahibliyi etdiyi tədbir "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" mövzusuna həsr olunub. Suveren fondların və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, eləcə də investisiya sahəsi üzrə ekspertlərin iştirak etdiyi iclasda geosiyasi qeyri-müəyyənliyin və texnoloji inkişafın suveren fondların fəaliyyətinə təsiri müzakirə olunub.

Tədbirin ilk günündə ARDNF-nin nümayəndələri SFBF-nin İdarə Heyətinin iclasında iştirak ediblər. İclasda Forumun qarşıdakı il üçün fəaliyyət istiqamətləri və iş proqramı, həmçinin üzvlük və idarəetmə ilə bağlı məsələlər nəzərdən keçirilib.

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" adlı panel sessiyasında Yunanıstanın "Hellenic Growth Fund", Kanadanın "Alberta Heritage Fund", İspaniyanın "COFIDES" fondlarının və Nigeriyanın Suveren İnvestisiya Qurumunun rəhbərləri ilə birgə çıxış edib. İsrafil Məmmədov dövlət büdcəsinə transfertlərin həyata keçirilməsi ilə gələcək nəsillər üçün milli sərvətin qorunması arasında tarazlığın saxlanılması, eləcə də qlobal iqtisadi mühitdə artan qeyri-müəyyənlik fonunda Fondun investisiya fəaliyyətinin təşkili barədə danışıb. O, maliyyə dayanıqlılığının təmin olunmasında investisiya portfelinin ayrı-ayrı hissələri üzrə aydın məqsədlərin müəyyənləşdirilməsinin, diversifikasiyanın və strateji tərəfdaşlıqların əhəmiyyətini qeyd edib. Eyni zamanda, İsrafil Məmmədov süni intellekt infrastrukturu sahəsində investisiya imkanlarının qiymətləndirilməsi zamanı uzunmüddətli risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

ARDNF-nin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev isə "Dayanıqlılıq üzrə fəaliyyət çərçivəsi: dəyişikliklər şəraitində idarəetmə" adlı panel müzakirəsində iştirak edib. Fondun təcrübəsini təqdim edən Rəşad Rzayev Fondun portfelinin hansı hissəsinin likvid saxlanılacağını və hansı hissəsinin uzunmüddətli artım məqsədilə investisiya ediləcəyini necə müəyyənləşdirdiyini izah edib. O, həmçinin səmərəli idarəetmənin, normativ tələblərə riayət olunmasının və etibarlı uzunmüddətli tərəfdaşlıqların təşkilatın dayanıqlılığının təmin edilməsində, maraqlarının qorunmasında və beynəlxalq investisiya bazarlarına çıxış imkanlarının saxlanılmasında əhəmiyyətini diqqətə çatdırıb.

İllik İclas çərçivəsində keçirilən səsvermənin nəticəsinə əsasən, SFBF-nin 2028-ci il İllik İclasının ARDNF-nin ev sahibliyi ilə Bakıda keçirilməsi qərara alınıb. Forumun təsisçi üzvlərindən biri olan ARDNF yarandığı dövrdən təşkilatın fəaliyyətində fəal iştirak edir. Santyaqo Prinsiplərinin qəbul edilməsinin iyirminci ildönümünə təsadüf edən 2028-ci il İllik İclası suveren fondlar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və investisiyaların idarə olunması sahəsində beynəlxalq müzakirələrin davam etdirilməsinə töhfə verəcəkdir.

Afina səfəri zamanı ARDNF nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının (CIC) İdarə Heyətinin sədri Zhang Qingsong, İndoneziya İnvestisiya Qurumunun (INA) İcraçı direktoru Oki Ramadhana, Beynəlxalq Valyuta Fondunun (BVF) Baş direktorunun birinci müavini Dan Katz və Yunanıstanın İnkişaf Fondunun Baş icraçı direktoru Yannis Papakristu ilə ikitərəfli görüşləri də baş tutub. CIC və INA ilə görüşlərdə Çin–ASEAN İnvestisiya Proqramı və Çin–ASEAN Birgə İnvestisiya Şurası çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Asiya bazarlarında yeni investisiya və birgə investisiya imkanları müzakirə edilib. BVF ilə görüşdə isə suveren fondların idarə olunması sahəsində mövcud yanaşmalar, Santyaqo Prinsiplərinin əhəmiyyəti və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Yunanıstanın İnkişaf Fondu ilə görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı və yeni investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.

2009-cu ildə yaradılmış Suveren Fondların Beynəlxalq Forumu suveren fondlar arasında əməkdaşlığın inkişafına, bilik və təcrübə mübadiləsinə, eləcə də qabaqcıl idarəetmə və investisiya təcrübələrinin təşviqinə xidmət edən beynəlxalq platformadır. Forumun fəaliyyətinin əsasını üzv qurumlar tərəfindən könüllü olaraq qəbul edilmiş 24 Santyaqo Prinsipi təşkil edir. Bu prinsiplər şəffaflığın, hesabatlılığın, səmərəli idarəetmənin və investisiya fəaliyyətində prudensial yanaşmanın təşviqinə yönəlib.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment