Digər xəbərlər


Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub
13.11.2026

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və Avropa və Mərkəzi Asiya regionunda rifah məsələləri üzrə regional praktika direktoru Abebe Aduqnanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, makroiqtisadi sabitlik və fiskal dayanıqlıq, iqtisadiyyatın şaxələndirilməsi dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələrində aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Sahil Babayev Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq Bankın ölkəmizin iqtisadi inkişafına, institusional islahatlara və dövlət sektorunun modernləşdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, məhsuldarlığın artırılması və dayanıqlı iqtisadi artım istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib.

Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın gücləndirilməsinin hökumətin əsas prioritetləri sırasında olduğunu bildirən S.Babayev dövlət maliyyəsinin səmərəli idarə edilməsi, fiskal intizamın möhkəmləndirilməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və neft-qaz gəlirlərindən asılılığın mərhələli şəkildə azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyri-neft sektorunun inkişafı, özəl investisiyaların təşviqi və ixrac potensialının genişləndirilməsinin uzunmüddətli iqtisadi artım baxımından əhəmiyyəti vurğulanıb.

Dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlara toxunan S.Babayev büdcə planlaşdırılması, icrası, xəzinədarlıq əməliyyatları və maliyyə hesabatlılığının vahid rəqəmsal mühitdə inteqrasiyasını nəzərdə tutan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) yaradılması, proqram və nəticə əsaslı büdcə mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də dövlət satınalmalarının rəqəmsallaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Bu sahələrdə Dünya Bankı ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə dövlət müəssisələrinin maliyyə idarəetməsi və nəzarəti sahəsində həyata keçirilən islahatlar da diqqət mərkəzində olub. Dövlət müəssisələrinin maliyyə intizamının, korporativ idarəetməsinin və dividend siyasətinin təkmilləşdirilməsi, habelə potensial fiskal risklərin idarə olunması istiqamətində Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Bu kontekstdə Dünya Bankı Qrupu ilə birgə 2027-ci il aprel ayında Bakıda keçirilməsi planlaşdırılan Dövlət Müəssisələri üzrə Qlobal Konfransa hazırlıq məsələlərinə də toxunulub. Konfransın dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlığının gücləndirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olacağı bildirilib.

Tərəflər, həmçinin Dünya Bankının dəstəyi ilə hazırlanmış mühasibat uçotu və audit sahəsində Standartlara və Məcəllələrə Riayət Olunmasının Qiymətləndirilməsi (ROSC) üzrə hesabat layihəsini və onun tövsiyələrini nəzərdən keçiriblər. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə hesabatlarının keyfiyyətinin və şəffaflığının artırılması, auditə nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də əlavə müzakirə tələb edən məsələlər üzrə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Dünya Bankının iqtisadi artım və şaxələndirmə üzrə analitik fəaliyyətinin növbəti mərhələsi, habelə kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi, nəqliyyat və şəhər infrastrukturu sahələrində perspektiv investisiya layihələri ətrafında da fikir mübadiləsi aparılıb.

Dünya Bankının nümayəndələri Azərbaycan ilə tərəfdaşlığın inkişafını yüksək qiymətləndirərək ölkəmizin iqtisadi və institusional islahatlarının dəstəklənməsi, dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələri sahəsində texniki, analitik və maliyyə əməkdaşlığının davam etdirilməsinə maraqlarını ifadə ediblər.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment