Dünya xəbərləri


Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır
13.11.2026

Noyabrın 11-də Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Tokioda B2B formatlı tədbir keçirilib.

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişafı və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan tədbirdə Yaponiyanın turizm sənayesinin 49 nümayəndəsi və Azərbaycanın 4 turizm sənayesi təmsilçisi iştirak edib.

Tədbirdə Azərbaycanda çəkilişləri aparılmış “VIVANT” serialı vasitəsilə ölkənin turizm imkanları, tarixi və mədəni irsi, eləcə də müxtəlif turizm istiqamətləri təqdim olunub, eləcə də serialın çəkiliş məkanlarını əhatə edən turpaketlər barədə məlumat verilib.

Proqram çərçivəsində Azərbaycan və Yaponiya turizm şirkətləri arasında ikitərəfli B2B görüşlər keçirilib. Görüşlərdə yeni turizm məhsullarının hazırlanması və kommersiya əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov və “VIVANT” serialının prodüseri Kazutaka İida iştirak ediblər. Kazutaka İida çıxışında Azərbaycanda iki ay davam edən çəkilişlər zamanı keçirdiyi təəssüratları bölüşüb, tədbir iştirakçılarını və media nümayəndələrini ölkəmizə səfər etməyə dəvət edib.

Həmçinin Azərbaycanın mədəni irsi, dağ və qış turizmi, sağlamlıq, qastronomiya və şərab turizmi imkanları barədə məlumat verilib.

Bədii proqram çərçivəsində isə yaponiyalı incəsənət nümayəndələrinin ifasında Azərbaycan musiqisi və milli rəqsləri təqdim olunub.

2026-cı ilin yanvar-oktyabr aylarında Yaponiyadan Azərbaycana gələn ziyarətçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək Yaponiya vətəndaşları hər səfər zamanı 30 günədək qalmaq şərtilə Azərbaycana üç dəfəyədək vizasız səfər edə bilərlər.

Qeyd edək ki,  ATB ilə Yaponiyanın “Tokyo Broadcasting System Television, Inc.” (TBS) televiziya şirkəti arasında “VIVANT” serialının ikinci mövsümü üzrə əməkdaşlıq 2025-ci ildə - çəkilişlərin planlaşdırılması mərhələsində başlayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanda potensial çəkiliş məkanlarının müəyyənləşdirilməsi və seçilməsinə dəstək göstərilib. 2025-ci ilin avqust-oktyabr aylarında serialın çəkilişləri Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki və Qubada aparılıb. İçərişəhər, Şəki karvansarayı və ölkənin müxtəlif regionlarının təbii mənzərələri vasitəsilə Azərbaycanın tarixi-mədəni irsi və turizm potensialı Yaponiya auditoriyasına təqdim edilib.

"TBS" ilə əməkdaşlıq nəticəsində serialın rəsmi internet səhifəsində Azərbaycana həsr olunmuş xüsusi bölmə yaradılıb, televiziya proqramlarında və aktyor heyəti ilə müsahibələrdə ölkəmizdən bəhs olunub. Bununla yanaşı, Yaponiyanın “Hankyu Travel” turizm şirkəti serialın çəkiliş məkanlarını əhatə edən turlar təklif edir. 2027-ci ilin mart ayında nəşri planlaşdırılan “VIVANT” serialının rəsmi bələdçi kitabında da Azərbaycan haqqında xüsusi materialın yer alması nəzərdə tutulur.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment