“Bakı Fond Birjası” QSC ilə “Troni İnvestisiya Şirkəti” QSC arasında “Legion Finacial” ASC-nin AZ2005025468 dövlət qeydiyyat nömrəli istiqrazları
12.11.2026
12.11.2026-cı il tarixində “Bakı Fond Birjası” QSC ilə “Troni İnvestisiya Şirkəti” QSC arasında “Legion Finacial” ASC-nin AZ2005025468 dövlət qeydiyyat nömrəli faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanılmışdır. Bu müqavilə ilə “Troni İnvestisiya Şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq 5% qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edəcək, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50,000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirəcək.