"Legion Financial” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
12.11.2026
5 noyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2005025468 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 12.11.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2005025468
İstiqrazların növü və forması
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi / Birqiymətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
Kupon faizi
16%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir