Digər xəbərlər


Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub
12.11.2026

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Cenevrədə 30-cu Ümumdünya İnvestisiya Konfransında iştirak edib, Vyetnam Sosialist Respublikasının Xarici İnvestisiyalar Agentliyinin baş direktorunun müavini ilə görüşüb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər çərçivəsində 10-11 noyabr tarixlərində Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında  (WIC 2026) iştirak edib.

Konfrans çərçivəsində “Qlobal investisiyaların növbəti onilliyi” mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb. İnvestisiyaların təşviqi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, o cümlədən WAIPA kimi beynəlxalq təşkilatların rolunun əhəmiyyəti vurğulanıb.

WIC 2026 müxtəlif ölkələrdən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və biznes dairələrinin təmsilçilərini bir araya gətirib. Konfransda qlobal investisiya tendensiyaları, dəyişən geosiyasi və iqtisadi şəraitdə investisiyaların cəlb edilməsi, beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.

Konfrans çərçivəsində Elnur Əliyev Vyetnam Sosialist Respublikasının Xarici İnvestisiyalar Agentliyinin baş direktorunun müavini xanım Bui Thu Thuy ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı ticarət mübadiləsinin artırılması, enerji, nəqliyyat-logistika, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, eləcə də iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment