Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, uzman patomorfoloq Zərifə Yusifli və patomorfoloq Müqabil Şıxəliyev 28–31 oktyabr 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən patologiya sahəsinin nüfuzlu elmi tədbirlərindən biri olan 35-ci Milli Patologiya Konqresində iştirak ediblər.
Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən patologiya sahəsində ixtisaslaşmış mütəxəssislər çıxış edərək, sahə üzrə ən son elmi yenilikləri, müasir diaqnostik yanaşmaları, innovativ texnologiyaları və tətbiq olunan müalicə-diaqnostika metodlarını iştirakçılarla bölüşüblər. Konqres çərçivəsində keçirilən panellərdən sonra mütəxəssislər arasında elmi fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə müzakirə olunub, yeni bilik və peşəkar əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradılıb.