Digər xəbərlər


“ASAN xidmət”in ixrac coğrafiyasına yeni ölkələr daxil olur
07.11.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Zimbabvenin dövlət xidməti, əmək və sosial rifah naziri Edqar Moyo, Qabonun dövlət xidməti və potensialın artırılması naziri Lorens Manq Me Nzoq Eps Ndonq, Keniyanin Dövlət Xidməti, İnsan Kapitalının İnkişafı və Xüsusi Proqramlar Nazirliyinin katibi Cefri Kirinqa Ruku, Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları naziri Fəqir Mahbub Anam Svapan, Seyşel adalarının kabinet işləri üzrə dövlət katibi, dövlət qulluğu rəhbəri Marqaret Mumu, Çadın dövlət xidmətləri və sosial dialoq naziri Abdullaye Mbodu Mbami ilə görüşüb.

Bakıda keçirilmiş “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin əhəmiyyəti, əldə olunan nəticələr və dövlət idarəçiliyinin inkişafına verəcəyi töhfələr qonaqlar tərəfindən xüsusi vurğulanıb.

Zimbabve tərəfi ilə görüşdə həmin ölkənin Prezidentinin Azərbaycana səfəri zamanı “ASAN xidmət” mərkəzinə ziyarəti məmnunluqla xatırlanıb. Həmçinin onun tapşırığına əsasən “ASAN xidmət” təcrübəsinin ölkələrində tətbiqi ilə bağlı zəruri addımların atılacağı qeyd olunub.

Keniya tərəfi ilə keçirilən görüşdə “ASAN xidmət” modelinin bu ölkədə tətbiqi və müvafiq sistemin qurulması istiqamətində razılıq əldə olunub.

Qabon tərəfi dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsinin ölkələri üçün prioritetlərdən biri olduğunu vurğulayıb. Bu baxımdan bürokratik maneələrdən kənar, çevik, şəffaf və vətəndaşyönümlü xidmətlərin təşkili sahəsində “ASAN xidmət”in ideal nümunə olduğu qeyd edilib, bu təcrübənin öyrənilməsinə və tətbiqinə dair maraq ifadə edilib.

Banqladeş, Seyşel və Çad rəsmiləri “ASAN xidmət” modelinin ölkələrində tətbiqinə dair əməkdaşlıq müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirərək bu istiqamətdə qısa müddətdə konkret addımların atılmasının vacibliyini vurğulayıblar.

Qonaqlara ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri, təqdim olunan təlim proqramları barədə də məlumat verilib və müvafiq sahə üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment