Digər xəbərlər


Bakıda BMT sammiti çərçivəsində növbəti ikitərəfli görüşlər keçirilib
07.11.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Raniya Əl-Məşat, Qvineya-Bisaunun dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Assuçeniya Nesbi Emilia Seyde Donate de Barros, Cibutinin əmək, formallaşdırma və sosial müdafiə naziri Yonis Ali Quedi, Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiyalar naziri Endryu Basaron, Uqandanın dövlət qulluğu üzrə dövlət naziri Lidiya Mutende Vaisva Vantanla, Dominikanın dövlət idarəçiliyi nazirinin müavini Elvis Munoz,

Dövlət Agentliyin sədr müavini Ceyhun Salmanov isə Syerra-Leonenin dövlət idarəçiliyi və siyasi məsələlər nazirinin müavini Filip Tetema Tondoneh ilə görüşüblər.


Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin əhəmiyyəti qonaqlar tərəfindən xüsusi qeyd olunub.


BMT rəsmisi ilə görüşdə “ASAN xidmət”lə əməkdaşlığın inkişaf perspektivləri, Azərbaycanın innovativ dövlət xidmətləri modelinin BMT tərəfindən dörd qitədə təşviqi, qabaqcıl təcrübənin BMT-yə üzv dövlətlərlə bölüşülməsi, eləcə də dövlət xidmətlərinin əlçatanlığının, şəffaflığının, səmərəliliyinin və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Cibuti tərəfi “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını və sammit çərçivəsində imzalanmış memoranduma əsasən bu təcrübənin tezliklə Cibutidə tətbiq olunacağını diqqətə çatdırıb.


Qvineya-Bisau tərəfi ilə görüşdə “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq məsələləri, tərəflər arasında imzalanmış Anlaşma Memorandumu üzrə tədbirlər planı müzakirə olunub.


Surinam və Syerra-Leone tərəfləri ilə keçirilən görüşlərdə “ASAN xidmət” nümunəvi model kimi qiymətləndirilib və bu təcrübənin həmin ölkələrdə tətbiqinə dair maraq ifadə olunub.

Dominikan tərəfi ilə görüşdə bildirilib ki, “ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub. Bu baxımdan Dominikanla Anlaşma Memorandumu çərçivəsində fəaliyyət istiqamətləri diqqət mərkəzində saxlanılıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment