Digər xəbərlər


BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
05.11.2026

Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek Asanaliyeviç,  Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşia,  Venesuelanın elm və texnologiya nazirinin müavini Bernabe Melendes, Barbadosun dövlət xidməti və insan resurslarının inkişafı naziri Key MakKoni “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlar Bakıda keçiriləcək “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.

Onlar Bakıda keçiriləcək bu sammitinin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət xidmətləri sahəsində vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyini bildirib. Diqqətə çatdırılıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Özbəkistanlı qonaqlar “ASAN xidmət” modeli əsasında ölkələrində xidmət mərkəzlərinin uğurla fəaliyyət göstərdiyindən məmnunluqlarını ifadə ediblər.

Qırğız tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılması ilə bağlı uğurlu  əməkdaşlıq edildiyi vurğulanıb.

Gürcüstan tərəfi ilə keçirilən müzakirələr zamanı süni intellekt həlləri ilə bağlı təcrübənin öyrənilməsi  istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Venesuelanı və  Barbadosu təmsil edən rəsmilər “ASAN xidmət” kimi qabaqcıl təcrübənin ölkələrində tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd ediblər.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment