Banklar


Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
04.11.2026

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. 

Yeni konseptin üstünlüyü filialda bir çox xidmətin tamamilə rəqəmsallaşmasıdır. Həmçinin, filialda fəaliyyət göstərən Rəqəmsal guşədə müştərilər nağdsız ödənişlər, onlayn köçürmələr kimi bir çox onlayn xidməti rahatlıqla icra edə bilərlər. Eləcə də ölkənin bankçılıq tarixində ilk dəfə olaraq burada müştərilər QR kod vasitəsilə onlayn növbə götürə biləcəklər. 

Açılış mərasimində çıxış edən Bir ekosisteminin rəhbəri, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov yeni formatda ilk filialın Gəncədə  fəaliyyət göstərməsinin təsadüfi olmadığını bildirib. "Ölkənin ən geniş xidmət şəbəkəsinə malik bankı olaraq, hər zaman çalışırıq ki, müasir rəqəmsal həlləri insanlarımız üçün daha da sadələşdirək. Paytaxtda yaratdığımız innovativ mühit və rəqəmsal imkanlar ölkəmizin bütün regionlarında hər kəs üçün eyni səviyyədə əlçatan olsun.

Rəqəmsallığın sürətini insan ünsiyyətinin istiliyi ilə bir araya gətirdiyimiz bu yeni ofisimizdə istəyirik ki, müştərilərimiz texnologiyadan rahat istifadə edərkən əməkdaşlarımızın səmimi qayğısını və fərdi yanaşmasını hər an hiss etsinlər”.

Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyətinin nümayəndələri və müştərilər iştirak ediblər.

Yeni konsepsiya əsasında təqdim edilən Gəncə filialı həftə içi hər gün saat 9:00-dan 18:00-dək Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında müştərilərə xidmət göstərəcək. Filialda müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur. Qeyd edək ki, Kapital Bank 120 filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomatı ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment