Noyabrın 3-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201240105 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 34,4 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99.3366 (7,2500%) və kəsmə qiyməti 99.3366 (7.2500%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 3 noyabr 2029-cu ildir.