Digər xəbərlər


AKBA XII AMFA Konfransında maliyyəyə çıxış imkanları və alternativ maliyyələşmə mexanizmlərini müzakirə edib
02.11.2026

Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) “Mikromaliyyədə investisiya və dayanıqlı inkişaf” mövzusunda keçirilən XII AMFA Konfransında tərəfdaş qismində iştirak edib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində AKBA Direktorlar Şurasının sədri Orxan Bağırovun moderatorluğu ilə “Maliyyəyə çıxış imkanları: investorların və sığorta şirkətlərinin rolu” mövzusunda panel müzakirəsi baş tutub.

Paneldə yerli və beynəlxalq maliyyə sektorunun nümayəndələri bir araya gələrək maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, alternativ maliyyələşmə mexanizmlərinin inkişafı və investorların bu prosesdə rolu ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı kapital bazarlarının mikromaliyyə sektoru üçün alternativ maliyyələşmə mənbəyi kimi əhəmiyyəti, investisiya imkanlarının genişləndirilməsi və sığorta mexanizmlərinin maliyyə əlçatanlığının artırılmasındakı rolu diqqət mərkəzində olub.

Panel müzakirəsində AKBA-nın üzvü olan “PAŞA Kapital İnvestisiya Şirkəti”nin baş icraçı direktoru İsi Mustafayev, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Miskərli, Mikromaliyyə Mərkəzinin (MFC) İnkişaf Maliyyəsi üzrə eksperti Pyotr Korinski, Development Guarantee Group-un portfel meneceri Alberto Didoni, NUQI Digital Wealth-in icraçı direktoru və Maliyyə institutları üzrə qlobal rəhbəri Asif Hüseyn iştirak ediblər.

Tədbir çərçivəsində, həmçinin bütün tərəfdaş maliyyə assosiasiyaları adından AMFA-nın 25 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim olunub.

AKBA konfransın təşkilinə və göstərilən qonaqpərvərliyə görə AMFA rəhbərliyinə və kollektivinə təşəkkür edir, Assosiasiyanı 25 illik yubileyi münasibətilə bir daha təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment