Digər xəbərlər


Azərbaycan Biznesinin İnkişafı Fondu işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir
30.10.2026

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni kredit məhsulu təqdim edilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni “İşğaldan azad edilmiş ərazilər üzrə kredit” məhsulunu təqdim edir.

Bu kredit məhsulu çərçivəsində sahibkarlara 10 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5%-dək kreditlər veriləcək. Sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə borcun əsas hissəsinin ödənilməsinə möhlət ala bilərlər. Bu imkan layihələrin həyata keçirilməsinin ilkin mərhələsində sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradır.

Kredit vəsaitləri biznes fəaliyyəti üçün avadanlıqların, texnologiyaların və nəqliyyat vasitələrinin alınması üçün istifadə oluna bilər. Eyni zamanda, kredit məbləğinin 50%-dək hissəsi tikinti və təmir xərclərinə yönəldilə bilər. 500 min manatdan yuxarı kredit məbləği üçün sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20%-ni öz vəsaitləri hesabına maliyyələşdirməlidilər.

Kredit məhsulu çərçivəsində əsas maliyyələşdirmə istiqamətlərinə qeyri-neft-qaz sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, logistika və təchizat zənciri infrastrukturu üzrə fəaliyyətlər daxildir. Bununla yanaşı,  balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT layihələri, yükdaşıma və saxlama, ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmətlər, istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər sahələrində də layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub.

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı, iqtisadi fəallığın artırılması və yeni biznes subyektlərinin formalaşması məqsədilə sahibkarlara kompleks maliyyə dəstəyi göstərir. Yeni kredit məhsulu da bu dəstəyin tərkib hissəsidir. 

ABİF güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə ölkənin biznes mühitinə maliyyə dəstəyi göstərən əsas dövlət qurumlarından biridir. Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. Qurum həmçinin, maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.

ABİF və onun fəaliyyəti, o cümlədən bu kredit məhsulu və müvəkkil kredit təşkilatları barədə daha çox məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://abdf.gov.az/az.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment