Digər xəbərlər


Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir
30.10.2026

Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilən “Söndür və qazan!” enerji səmərəliliyi kampaniyası çərçivəsində Nazirlik və SOCAR-ın birgə tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Energy & AI” hakatonu keçiriləcək.

Dekabrın 11-də Bakı Ali Neft Məktəbində təşkil olunacaq hakatonun əsas məqsədi tələbələrin innovativ və texnoloji potensialını enerji səmərəliliyi sahəsində mövcud praktiki problemlərin həllinə yönəltmək, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə innovativ və praktikada istifadə oluna bilən həllərin hazırlanmasını təşviq etməkdir.

Hakaton çərçivəsində iştirakçılara real enerji istehlakına dair məlumatlar təqdim olunacaq. İştirakçı komandalar həmin məlumatları təhlil edərək səmərəsiz enerji istehlakı hallarını aşkar etməli, onların mümkün səbəblərini müəyyənləşdirməli və enerji itkilərinin azaldılmasına yönəlmiş süni intellekt əsaslı rəqəmsal həllər və ya işlək prototiplər hazırlamalıdırlar.

Yarışda energetika, mühəndislik, informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt, data analitikası, iqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavriat, magistratura və doktorantura tələbələri iştirak edə bilərlər. Komandalar minimum 3, maksimum 5 nəfərdən ibarət olmalıdır. Hər bir komandadan qeydiyyat formasını doldurmaq tələb olunur.

Ümumi mükafat fondu 10 500 manat təşkil edən hakatonda birinci yerin qalibi olan komandaya 5 000 manat, ikinci yerin sahibinə 3 500 manat, üçüncü yeri tutan komandaya isə 2 000 manat pul mükafatı təqdim olunacaq.

Hakatonda iştirak etmək istəyən tələbələr 15 noyabr 2026-cı il tarixinədək qeydiyyat forması (https://forms.gle/rMqByepc8iRQiFGCA) vasitəsilə müraciət edə bilərlər.

Yarışla bağlı əlavə məlumat almaq üçün Nazirliyin rəsmi veb səhifəsinə (https://minenergy.gov.az/az/enerji-semereliliyi/enerji-ve-suni-intellekt-hakatonu) və ya energyhackathon@minenergy.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment