Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) rəhbərlikləri arasında görüş keçirilib.
Görüşdə sığorta savadlılığının artırılması, biznes ictimaiyyətinin bu sahədə fəal iştirakının təşviqi və ölkədə daha dayanıqlı və məlumatlı biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə strateji əməkdaşlıq imkanları ətrafında geniş müzakirə aparılıb.
Görüşün nəticəsi olaraq tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub.