Digər xəbərlər


Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib
29.10.2026

Bakıda təşkil olunan 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda Azərbaycanın milli iqlim öhdəliklərinin icrasının sürətləndirilməsi, enerji sektorunun karbonsuzlaşdırılması, yaşıl enerji keçidi və bu sahədə investisiya imkanları müzakirə olunub.

Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilib. “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun karbonsuzlaşdırılmasının təşviqi” mövzusuna həsr olunan tədbirdə Azərbaycanın milli iqlim öhdəliklərinin həyata keçirilməsi, enerji sektorunda yaşıl keçid, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunub. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilat və maliyyə institutlarının, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanın milli inkişaf siyasətinin ayrılmaz hissəsi olduğunu, milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyalarının DİM-lərlə uzlaşdırıldığını bildirib. O, ölkənin iqlim öhdəliklərinin icrasının sürətləndirilməsinin və enerji sektorunun karbonsuzlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, bərpa olunan enerji layihələrinin genişləndirilməsi, yaşıl enerji dəhlizlərinin inkişafı və özəl investisiyaların cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və enerji keçidinə töhfə verir. Bu istiqamətdə investisiya təşviqi mexanizmləri, yaşıl kredit, güzəştli maliyyələşmə və dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən istifadə olunur. Həmçinin rəqəmsal texnologiyaların istehsalda enerji və resurs səmərəliliyinin artırılmasında, Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda yaşıl inkişafın təşviqində rolu diqqətə çatdırılıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, milli iqlim öhdəliklərinin həyata keçirilməsi və enerji keçidinin sürətləndirilməsi istiqamətində Azərbaycan ilə BMT arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və özəl sektor arasında əlaqələndirmənin gücləndirilməsinin, beynəlxalq təcrübənin və innovativ həllərin tətbiqinin dayanıqlı inkişaf hədəflərinə nail olunmasına töhfəsini vurğulayıb.

Milli Məclisin deputatı, COP29 üzrə yüksək səviyyəli çempion Nigar Arpadarai Azərbaycanın iqlim gündəliyinin prioritetləri, COP29 çərçivəsində əldə olunmuş nəticələrin davam etdirilməsi və milli iqlim öhdəliklərinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətinə toxunub.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal Azərbaycanın dayanıqlı inkişaf prioritetlərinin dəstəklənməsində beynəlxalq maliyyə institutlarının rolunu, yaşıl enerji keçidinin sürətləndirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi imkanlarını vurğulayıb.

Dialoq çərçivəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin iqtisadçısı Xurşid Rüstəmov “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Paris Sazişinin hədəflərinə nail olmaq üçün qlobal iqlim fəaliyyəti və Azərbaycan nümunəsi” mövzusunda təqdimatla çıxış edib.

Tədbir “Azərbaycanın milli səviyyədə müəyyən edilmiş töhfələrin və 7-ci DİM (sərfəli və təmiz enerji) hədəflərinin enerji sektorunun karbonsuzlaşdırılması vasitəsilə həyata keçirilməsi: siyasət, investisiyalar və tərəfdaşlıq” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi ilə davam edib. Paneldə Azərbaycanın yenilənmiş milli iqlim öhdəliklərinin prioritetləri və icra mexanizmləri, yaşıl enerji keçidi, nəqliyyat sektorunda emissiyaların azaldılması, dayanıqlı maliyyələşmə və beynəlxalq investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın enerji sektorunun yaşıllaşdırılması, bərpa olunan enerji layihələrinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, yaşıl maliyyə mexanizmlərindən istifadə və dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycanın 7-ci DİM üzrə Yol Xəritəsinin icrası, enerji keçidinin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişaf hədəfləri ilə uzlaşdırılması məsələlərinə toxunulub.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflər arasında fikir mübadiləsi aparılıb.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment