BOKT "EMBAFİNANS" QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur
28.10.2026
8 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT “Embafinans” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 14.10.2026-cı il tarixində başlayıb, 27.10.2026-cı il tarixində (10 iş günü) yekunlaşmışdır.
AZ2018020605 İSİN kodlu istiqrazların yerləşdirilməsi 28.10.2026-cı il tarixində baş tutmuşdur.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT “Embafinans” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2018020605
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı
400,000 ədəd
İlkin ticarət qiyməti
10 manat
İstiqrazların buraxılış həcmi
4,000,000 manat
İllik gəlirlilik faizi
13%
Minimal qiymət
10 (13.0000%) manat
Maksimal qiymət
10 (13.0000%) manat
Kəsmə qiyməti
10 (13.0000%) manat
Ortaçəkili qiyməti
10 (13.0000%) manat
Reallaşdırılmış həcmi
4,000,000 manat
Sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
4,000,000 manat
İnvestor sayı
151
Sifariş sayı
166
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üc) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir