Bakı Fond Birjasının (BFB) Listing Komitəsinin 27 oktyabr 2026-cı il tarixində keçirilmiş iclasında "Bank Respublika" ASC-nin səhmlərin nominal dəyərinin dəyişdirilməsi ilə bağlı müraciətə baxılmışdır.
Komitənin qərarına əsasən, "Bank Respublika" ASC tərəfindən AZ1003002883 ISIN nömrəli qiymətli kağızların nominal dəyərinin dəyişdirilməsi səbəbilə həmin səhmlərin AZ1004002882 ISIN kodlu qiymətli kağızlarla əvəzlənməsi qərara alınmışdır.
Qərara əsasən, AZ1004002882 ISIN kodlu qiymətli kağızlarların nominal dəyəri 7.96 (yeddi manat doxsan altı qəpik) manat, yerləşdirilmiş qiymətli kağızlarların miqdarı isə 30 188 200 (otuz milyon yüz səksən səkkiz min iki yüz) ədəd təyin edilmişdir.
Nəticədə Bankın nizamnamə kapitalının ümumi məbləği 240,298,072.00 manat təşkil etmişdir.
Qərar bu gündən – 27 oktyabr 2026-cı il tarixindən qüvvəyə minir.
Qeyd edək ki, bu dəyişiklik "Bank Respublika" ASC tərəfindən 26 oktyabr 2026-cı il tarixində təqdim olunan müraciət əsasında həyata keçirilmişdir.