Banklar


Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib
27.10.2026

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən “Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” Visa kartının istifadəyə verilməsinin birinci ildönümünü xüsusi tədbirlə qeyd edib.

Bankın Baş ofisində təşkil olunan tədbirdə məhsullardan aktiv istifadə edən və müxtəlif meyarlar əsasında seçilmiş 10 uşaq valideynləri ilə birlikdə iştirak edib. İnteraktiv və əyləncəli formatda keçirilən görüşün əsas məqsədi uşaqların maliyyə biliklərinin inkişafına dəstək olmaq, onlarda pulun düzgün idarə edilməsi, qənaət və məsuliyyətli xərcləmə vərdişlərini təşviq etmək, eyni zamanda balaca müştərilərlə birbaşa ünsiyyət qurmaq olub.










Tədbir çərçivəsində uşaqlar üçün maliyyə savadlılığı, məntiqi düşünmə və yaddaşın inkişafına yönəlmiş müxtəlif maarifləndirici oyunlar və interaktiv tapşırıqlar təşkil edilib.  Görüş zamanı “Rabita Junior” və “Kartmane Junior” Visa kartının funksionallığı, təqdim etdiyi imkanlar və gündəlik istifadəsi ilə bağlı interaktiv sual-cavab sessiyası da keçirilib. İştirakçıların gündəlik istifadə təcrübəsi, məhsulların üstünlükləri, eləcə də gözlənti və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.  Sonda  iştirakçılara Rabitəbank və “Kids station” Əyləncə Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub, birinci ildönümü münasibətilə tort kəsilib. Maarifləndirici və əyləncəli anlarla yadda qalan görüş uşaqlar və valideynlər üçün xoş təəssüratlarla başa çatıb.

 “Kartmane Junior” Visa kartı və “Rabita Junior” mobil tətbiqi haqqında

“Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” Visa kartı uşaqların maliyyə dünyasına ilk addımlarını daha maraqlı, təhlükəsiz və öyrədici etmək üçün yaradılıb. Bu innovativ həll uşaqlara pullarını idarə etməyi, qənaət etməyi və düzgün maliyyə qərarları verməyi oyunlar, interaktiv tapşırıqlar və mükafatlandırma sistemi vasitəsilə öyrədir. Valideynlər isə övladlarının xərclərini real vaxt rejimində izləyə, limitlər müəyyənləşdirə və onların maliyyə vərdişlərinin formalaşmasına yaxından dəstək ola bilirlər. Beləliklə, “Rabita Junior” və “Kartmane Junior” Visa kartının gündəlik bankçılığı uşaqlar üçün həm əyləncəli, həm də faydalı təcrübəyə çevirir. 

“Kartmane Junior” Visa kartını “Rabita Mobile” tətbiqi üzərindən sifariş etmək mümkündür. Tətbiqi yükləmək üçün linkə https://onelink.to/qd8jcp keçid edə bilərsiniz.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment