"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-in istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
27.10.2026
26 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 26.10.2026-cı il tarixində başlayacaq və 08.11.2026-cı il tarixində bitəcəkdir.
Qeyd edək ki, Emitentin müraciətinə əsasən və Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumatlandırılmaqla, Listinq Qaydalarının 3.8-ci bəndində qeyd edilən (“Emitent tərəfindən qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə olduqda, abunə yazılışının başlanmazdan əvvəl Birjada ticarətə qəbula icazə alınmalıdır və abunə yazılışının başlanmazdan ən azı 2 (iki) iş günü əvvəl Birjaya (elektron məktub və ya kağız daşıyıcıda bildirilməlidir”) 2 iş günü müddətinə istisna verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2011004580
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
100,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
10,000,000 manat
İllik gəlirlilik faizi
9%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir