23 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjası, Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sabirabad rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankının Sabirabad şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.
Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları mövzularında təqdimatları olub.
Qeyd edək ki, bu, sayca iyirminci birinci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan, Qusar, Mingəçevir və Ağsu şəhərlərində təşkil olunub.
Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.