Dünya xəbərləri


Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub
26.10.2026

Oktyabrın 19-22-də Azərbaycan Turizm Bürosu (ATB) və Özbəkistanın Milli PR Mərkəzinin birgə təşkilatçılığı ilə “İpək Yolunun inciləri 2026” (“Highlights of the Silk Road Roadshow 2026”) adlı tanıtım tədbirləri keçirilib.

Almaniyanın Berlin və Münhen, İsveçin Stokholm və Finlandiyanın Helsinki şəhərlərində təşkil olunan tədbirlərdə Azərbaycan və Özbəkistanın ölkənin turizm imkanları, tarixi-mədəni irsi və birgə səyahət marşrutları Avropanın turizm sənayesi nümayəndələrinə təqdim edilib.

Proqram çərçivəsində hər şəhərdə  50 turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B formatlı işgüzar görüşlər keçirilib. Görüşlərdə turizm məhsulları təqdim olunub, bazar imkanları və Avropanın turizm şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin Azərbaycan və Özbəkistanın milli musiqi və rəqs nümunələrini əhatə edən mədəni proqram təşkil olunub.

Tədbirlərdə Azərbaycan və Özbəkistandan 15-ə yaxın turizm sənayesi tərəfdaşı, o cümlədən Azərbaycanı təmsil edən 7 turizm şirkəti (DMC) iştirak edib. Proqramda, həmçinin "Azərbaycan Hava Yolları" QSC (AZAL) Berlində, “Türk Hava Yolları” Berlin və Münhendə, “Uzbekistan Airways” və “Centrum Air” isə 4 şəhərin hər birində iştirak ediblər. Aviaşirkətlərin iştirakı iki ölkə üzrə səyahət marşrutlarının planlaşdırılması və hava əlaqələri barədə məlumat mübadiləsi baxımından əhəmiyyət daşıyıb.

Dörd Avropa şəhərini əhatə edən tanıtım tədbirləri Azərbaycanın və Özbəkistanın turizm məhsullarının beynəlxalq bazarlarda təşviqinə, yeni işgüzar əlaqələrin qurulmasına və İpək Yolu boyunca birgə səyahət imkanlarının tanıdılmasına xidmət edib.

Tanıtım tədbirləri ATB ilə Özbəkistanın Milli PR Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Əməkdaşlıq iki ölkənin vahid turizm brendi altında təşviqini və tarixi İpək Yolu boyunca bir-birini tamamlayan səyahət istiqamətləri kimi təqdim olunmasını nəzərdə tutur. Bu çərçivədə tarixi abidələr, ənənəvi sənətkarlıq, incəsənət və qeyri-maddi mədəni irs nümunələrini əhatə edən turizm marşrutlarının inkişafına diqqət yetirilir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment