Digər xəbərlər


Xankəndidə beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olundu
23.10.2026

Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilir. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ idarəetmə yanaşmasının uğurlu nümunəsi olduğunu vurğulayıb. O, bu modelin inzibati prosedurların sadələşdirilməsinə, xidmət proseslərinin optimallaşdırılmasına, dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. Həmçinin bildirilib ki, DOST Agentliyinin sosial xidmətlər sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Tədbirdə sosial idarəetmədə rəqəmsal transformasiya, süni intellekt əsaslı qərarvermə və vətəndaşyönümlü xidmət modelləri müzakirə edilib, “TEDx” formatında debatlar, tematik işçi qruplarının müzakirələri, paralel sessiyalar və tərəfdaş təşkilatların təqdimatları olub.

Forum çərçivəsində Dövlət Agentliyinin və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellektlə gələcəyin idarəolunması: proaktiv yanaşmalar və yeni imkanlar” mövzusunda yan tədbir, həmçinin dövlət xidmətlərində süni intellektin tətbiqi və rəqəmsallaşmanın imkanları haqqında panel müzakirələr keçirilib. Hər iki tədbirdə “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova bu istiqamətin əsas məqsədinin texnologiyanın özünü inkişaf etdirmək deyil, vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək olduğunu bildirib. Vurğulanıb ki, bu baxımdan xidmətlərin daha az vaxt və səylə əldə edilməsi, qərarların dəqiq və ədalətli olması, eləcə də vətəndaşların dövlət xidmətlərinə etimadının gücləndirilməsi əsas göstəricilərdir.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment