Digər xəbərlər


ASAN İnnovativ İnkişaf Mərkəzi 5 yaşında
21.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) 5 illik yubiley tədbiri keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Mərkəzin qabaqcıl ASAN təcrübəsi və innovativ təlim metodları ilə dövlət, özəl qurumlarda kadrların peşəkarlığının artırılmasına töhfə verdiyini vurğulayıb.

Mərkəzin rəhbəri Aysel Cəbrayılova nəticələr, əməkdaşlıq və inkişaf prioritetləri barədə təqdimatla çıxış edib.

Tərəfdaş qurumların nümayəndələri isə AİİM-lə əməkdaşlığın əhəmiyyətini və peşəkar inkişaf istiqamətində birgə fəaliyyətin rolunu vurğulayıblar.

AİİM-in əsas məqsədi “ASAN xidmət”də formalaşan peşəkarlığın, yüksək xidmət keyfiyyətinin, şəffaflığın, vətəndaşyönümlü idarəetmə prinsiplərinin insan kapitalının inkişafı məqsədilə dövlət və özəl sektorda sistemli tətbiqidir. “ASAN xidmət” brendinin ixrac olunduğu ölkələrdə də bu model əsasında xidmətin təşkili, vətəndaş məmnunluğunun və yumşaq bacarıqların inkişafı istiqamətində təlimlər keçirilir.

Ötən dövr ərzində 350-dən çox şirkət, qurum və təşkilatla əməkdaşlıq çərçivəsində 35 mindən çox işgüzar şəxs üçün 850-dən çox müxtəlif istiqamətli tədbir təşkil olunub. 150-dən çox mövzulu tədbirdə 6 innovativ təlim metodundan (“Points of You”, “LEGO®️ Serious Play®️”, “Boyatzis”, “Body Game”, “Art terapiya” və “Vision Board”) istifadə olunub və təlimlərdən məmnunluq göstəricisi 96,4% təşkil edir.

Tədbir çərçivəsində “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlığın davamı məqsədilə anlaşma memorandumu imzalanıb.

Sonda təlimçilərə və tərəfdaş qurumlara təşəkkürnamələr təqdim olunub.

 


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment