Noyabrın 13-də “The Ritz-Carlton, Baku” otelində Facemark, Arter, Handex və HDC-nin təşkilatçılığı ilə keçiriləcək Süni İntellekt Zirvəsinin baş sponsoru Logo olacaq.
1984-cü ildən fəaliyyət göstərən Logo Türkiyənin və regionun ən böyük müstəqil proqram təminatı evlərindən biridir. Şirkət mikro müəssisələrdən iri holdinqlərə qədər hər miqyasda bizneslərin rəqəmsal transformasiya proseslərini idarə edən korporativ həllər təqdim edir.
Məhsul portfelinə ERP sistemləri, mühasibat uçotu, insan resursları, e-qaimə və e-dəftər kimi e-transformasiya həlləri, biznes analitikası, CRM və anbar idarəetmə sistemləri daxildir. Ən çox istifadə olunan həllər sırasında Logo GO 3, Logo Tiger 3, bulud əsaslı hibrid ERP seriyası Logo Edge T-Series və kiçik bizneslər üçün Logo Start 3 var.
Logo ERP həlləri Azərbaycanda yerli qanunvericiliyə, vergi sisteminə və əməkhaqqı strukturuna uyğun inteqrasiyalarla çoxsaylı iri pərakəndə, logistika və maliyyə qurumu tərəfindən istifadə olunur. Quraşdırma, konsaltinq və texniki dəstək xidmətləri səlahiyyətli tərəfdaşlar vasitəsilə göstərilir.
Tədbirdə Logo Qrupun CTO-su İsmail Duran “Süni intellektin gələcəyi” panelində spiker kimi çıxış edəcək.
Facemark şirkətinin təsisçisi Rafiq Hunaltay bildirib ki, Logo kimi nüfuzlu Türkiyə texnologiya şirkətinin baş sponsor kimi dəstəyi zirvənin səviyyəsini artırır və süni intellektin biznesdə tətbiqi üzrə dialoqu gücləndirir.
Tədbirə qeydiyyat və bilet üçün: www.aisummit.az | 051 316 51 18