22 oktyabr 2026-cı il tarixdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağdam, Xocavənd və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 14:00-dan etibarən Ağdam şəhərində, Ağdam Konfrans Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.